09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Putinin övladları və səhhəti ilə bağlı yeni iddialar yayılıb - Fotolar
Tarix: 03-05-2022 20:44 | Bölmə: Slayd
Putinin övladları və səhhəti ilə bağlı yeni iddialar yayılıb

Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayeva ilə bağlı yeni nəlumatlar yayılıb.

Reyting.az
-ın məlumatına görə, İsveçrə mənbələri “Putinin gizli peyvəndi” kimi təqdim etdiyi Milli Media Qrupun rəhbəri Alina Kabayevanın 2 oğlan uşağı dünyaya gətirdiyini iddia edir.

İsveçrə mətbuatı yazır ki, Alina Kabayevanın dünyaya gətirdiyi oğlan uşaqlarının atası Vladimir Putindir.

İsveçrənin “Sonntagszeitung” qəzetinin araşdırmasına görə, uşaqlardan birincisi 2015-ci ildə İsveçrədəki özəl klinikada dünyaya gəlib. Digər uşaq isə 2019-cu ildə Moskvada doğulub.

Qəzetin adını gizli saxladığı mənbə bildirib ki, uşaqların atası Putindir. “Alinanın başqa biri ilə əlaqəsi olmayıb. Bu, Alina üçün çox təhlükəli olardı”,- mənbə deyib.



Qeyd edək ki, Kabayevanın Putindən övladlarının olması ilə bağlı iddialar illərdir səslənsə də, bu məsələ rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, Ukrayna müharibəsi başlayandan az sonra Kabayevanın İsveçrədəki şəxsi dağ evinə göndərilməsi xəbəri dünya mətbuatında geniş əks-səda doğurub. Bir çox insan sosial şəbəkələrdə İsveçrə hökumətinə petisiya və ya çağırışlarla müraciət edərək Kabayevanın deportasiyasını tələb edib.

Change.org saytında alman, fransız və ingilis dillərində işıq üzü görən petisiyanı indiyə qədər 55 min insan dəstəkləyib. Lakin indiyədək Kabayevanın İsveçrədə gizləndiyinə dair heç bir sübut ortaya qoyulmayıb.

Digər tərəfdən, Qərb mediasının bəzi xəbərlərində Kabayevanın İsveçrədə deyil, Rusiyada (Sibirdə) olduğu iddia edilir.

Bir müddət əvvəl Alina Kabayeva Moskvada görüntülənib, gimnastika ilə bağlı tədbirdə çıxış edərkən arxasında “Z” hərifinin olduğu stend diqqəti çəkib. Kabayeva tədbir zamanı Rusiyanın Ukrayna müharibəsini dəstəkləyən fikirləri ilə gündəmə damğasını vurub.



Onu da qeyd edək ki, daha bir təəccüblü iddia Putinin sağlamlığı ilə bağlıdır. Britaniya mətbuatının iddiasına görə, Putin yaxın gələcək üçün xərçəng xəstəliyindən əməliyyata hazırlaşır. Adı açıqlanmayan mənbə Putinin əməliyyatı ilə müharibənin dayana biləcəyinə işarə edib. İddialara görə, Putin müalicə dövründə Rusiyaya rəhbərliyi Təhlükəsizlik Şurasının rəhbəri və keçmiş kəşfiyyat rəisi Nikolay Patruşevə həvalə edə bilər.

Putinin əməliyyatının təcili olmadığı bildirilsə də, Rusiyanın Ukraynanı işğal etmək planının arxasında 70 yaşlı Patruşevin olduğu da iddia edilir. Qeyd olunur ki, Patruşev Putini Kiyevdə neonasistlərdən təmizləməyə razı salıb.

Məşhur Telegram hesabı “General SVR” bu iddianı irəli sürərkən qeyd edib ki, mənbə Kremldə yüksək səviyyəli məmurdur. Mənbə, cərrahi əməliyyatın 9 maydan əvvəl olmayacağını qeyd edib. Diqqətə çatdırılıb ki, əməliyyat aprelin ikinci yarısına planlaşdırılsa da, təxirə salınıb.




Bölməyə aid digər xəbərlər