09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Ukraynada PUA rəqabəti: “Bayraktar TB2”-lər digər ölkələrin uçuş vasitələrini üstələyir
Tarix: 03-05-2022 22:20 | Bölmə: Slayd
Ukraynada PUA rəqabəti: “Bayraktar TB2”-lər digər ölkələrin uçuş vasitələrini üstələyir

Azərbaycan Ordusunun işğalçılara qalib gəlməsində xüsusi rolu olan Pilotsuz Uçuş Aparatları (PUA) və Silahsız Uçuş Aparatları (SUA) hələ 44 günlük müharibə zamanı dünya KİV-lərinin müzakirə predmeti idi. Türkiyə istehsalı olan PUA və SUA-lar Qarabağdakı müharibə zamanı İngiltərə, Fransa və Yunanıstan kimi ölkələrin diqqətini çəkir, Yunanıstandan başqa bir çox ölkə bu vasitələri tərifləyərək müdafiə planlarını nəzərdən keçirirdilər.

Reyting.az
xəbər verir ki, eyni vəziyyət indi Ukrayna-Rusiya müharibəsi ilə gündəmə gəlsə də, bir çox ölkələr “Ukraynanın ehtiyaclarına uyğun” PUA-lar üzərində işləməyə və bu ölkə üçün yardım paketlərinə dronlar daxil etməyə başlayıblar. Bununla da, qabaqcıl dövlətlər Ukraynada yeni rəqabətə start veriblər.

Hazırda Ukrayna savaşında əsas rollardan birini Türkiyə istehsalı olan “Bayraktar TB2”-lər oynayır. Amma belə görünür ki, başqa ölkələr də bu müharibədə öz dronlarını dünyaya tanıtmaq və türk dronları ilə rəqabət aparmaq istəyirlər.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Ukrayna ordusunun tələblərinə uyğun olaraq” yeni tip SUA-lar hazırlandığını açıqlayıb.

Pentaqon sözçüsü Con Kirbi “Phoenix Ghost” adlı pilotsuz uçuş vasitəsinin xüsusilə Ukraynanın şərqindəki ehtiyaclara çox uyğun olacağını düşündüklərini bildirib.

Polkovnik Kirbi əlavə edib ki, “Phoenix Ghost”ni Ukraynanın ehtiyaclarına uyğunlaşdırmaq üçün daha da inkişaf etdirmək istəyirlər.

Məlumata görə, ABŞ hökuməti 800 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində Ukraynaya 120-dən çox PUA çatdıracaq. Bununla belə, “Phoenix Ghost”-un xüsusiyyətləri və necə göründüyü hələlik məlum deyil.

Almanlar da Ukraynada söz sahibi olmaq üçün yarışırlar. Əslində Ukrayna Silahlı Qüvvələri kəşfiyyat missiyalarında “Bavariya” şirkətinin istehsal etdiyi müşahidə alətlərindən də yararlanır. Şirkətin baş direktoru deyib ki, ilk dronları artıq Ukraynadadır. “Vektor” adlı dronun dəyəri təxminən 180 min avrodur. Bu maşınların dəyəri ukraynalı zənginlər tərəfindən ödənilən Dnepr Müdafiə Regional Komandanlığına verilib.

Lakin Alman “Vektor” pilotsuz təyyarəsi tam olaraq silah deyil. Bomba atma qabiliyyətinin olmadığı, kəşfiyyat missiyası sayəsində uyğun rəqəmsal əlaqələri olan silah sisteminin bir hissəsinə çevrilə biləcəyi ifadə edilir.

Yaponiya Müdafiə Nazirliyi də Ukraynaya PUA-lar, maskalar və qoruyucu vasitələr göndərdiyini açıqlasa da, Ukrayna əsgərlərinin yerli PUA-lardan da istifadə etdiyi bildirilir.

Ən çox yayılan “Leleka-100”, yəni “Leylək” adlı uçuş vasitəsidir. Bu dronlar Ukraynanın Dnepr şəhərində yerləşən “Deviro” şirkəti tərəfindən istehsal olunur.

Türkiyənin döyüş və kəşfiyyat PUA-sı “Bayraktar TB2” daha böyük PUA-lar kateqoriyasındadır və Ukraynada aktiv şəkildə işləyir. 2014-cü ildən hazırlanan “Bayraktar TB2” Ukrayna qüvvələrinə əhəmiyyətli üstünlüklər qazandırır. Tam avtonom olan PUA 24 saat havada qala bilir və 7300 metr uçuş hündürlüyünə çatır.




Bölməyə aid digər xəbərlər