09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiya ilə İsrail arasında gərginlik artır
Tarix: 04-05-2022 17:44 | Bölmə: Slayd
Rusiya ilə İsrail arasında gərginlik artır

Rusiya xarici işlər naziri Sergey Lavrovun üç cümləsi ilə başlayan Rusiya-İsrail gərginliyi getdikcə artır.

Reyting.az
xəbər verir ki, İtalya televiziyasında Sergey Lavrovun sözləri ilə başlayan gərginlik Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarovanın bugünkü çıxışı ilə yeni müstəviyə keçib.

Xatırladaq ki, S. Lavrovun Hitlerdə də yəhudi qanı olduğunu və Ukrayna lideri V. Zelenskinin yəhudi olmasının heç bir əhəmiyyət kəsb etmədiyini deməsi İsraildə birmənalı qarşılanmayıb.

İsrail mətbuatı “Putinin əsl siması” başlıqlı məqalələrdə yazır ki, Ukrayna işğalında qəbul edilmiş neytral mövqe indi İsrail üçün geridə qalmalıdır.

İsrail prezidenti İsaak Hersoq “Haaretz” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin antisemit yalanlar yaydığını və Lavrovun buna görə üzr istəməli olduğunu bildirib.

Nəşr qeyd edir ki, İsrail Ukraynaya hərbi və mülki yardımını artırıb. Məlumata görə, israillilər ukraynalılara hərbi məsləhətlər də verirlər.

İsrail mediası İsrail-Rusiya münasibətlərinin artıq toqquşma həddində olduğunu iddia edir və Moskva-Təl-Əviv xəttində əlaqəni ciddi pozulma həddinə çatdıran beş əsas səbəb sadalayır. Təhlillərə görə, Ukrayna işğalının ilk həftələrində “Rybar” adlı Telegram hesabında Ukraynada döyüşdüyü iddia edilən israillilərin pasportlarının fotoları ilə birlikdə adlarının dərc edilməsi qırılma nöqtəsi olub.

Yarım milyon izləyicisi olan Kreml tərəfdarı hesabda paylaşılan 20 nəfərlik siyahıdakı şəxslərin əksəriyyəti İsrail Xarici İşlər Nazirliyinin işçiləridir. Onların arasında konsulluq və təhlükəsizlik işçilərinin də adları yer alıb. Sözügedən şəxslərin Kiyevdəki İsrail səfirliyini boşaltmaq üçün Polşadan keçdiyi bildirilir.

Təhlillərə görə, Rusiya sözügedən vaxt İsrailin Ukraynaya muzdlu əsgər və ya silah göndərmədiyini bildirib, lakin buna baxmayaraq, siyahı Kremlyönlü hesab tərəfindən paylaşılıb.

Siyahının dərcindən bir neçə gün sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Ukraynanın paytaxtı Kiyevdə küçə adlarının dəyişdirilməsi təklifini pisləyib. Təl-Əviv nümayəndələri Kiyevdə sayı 2673 olan küçə və meydanların adlarının rus və belarus dillərindən dəyişdirilməsini təklif ediblər.

Ötən həftə Rusiyanın müdafiə naziri Sergey Şoyqu heç bir səbəb göstərmədən israilli həmkarı Benny Gantz ilə telefon danışığını ləğv edib.

Rusiya Xarici İşlər Nazirliyinə çağırılan İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvi xarici işlər nazirinin müavini, Yaxın Şərq siyasətini kurasiya edən Mixail Boqdanov tərəfindən töhmət alıb. Təl-Əvivə ünvanlanan sərt mesajların səbəbi BMT Baş Assambleyasında keçirilən səsvermədə Rusiyanı qınayan ölkələrə İsrailin də qoşulması olub.

İsrail mətbuatı yazır ki, Rusiya iqtisadiyyatı və birja rəhbərləri Qərb ölkələrinin sanksiyaları ilə mübarizə aparan İranla dəfələrlə görüşüb, sanksiyaların necə təsirsiz hala gətirilə biləcəyini müzakirə ediblər.

İsrailin xarici işlər naziri Yair Lapid rusiyalı həmkarı Sergey Lavrovun sözlərinin “bağışlanmaz” olduğunu deyərək, ən sərt reaksiya göstərənlərdən olub. Rusiya Xarici İşlər Nazirliyi isə çərşənbə axşamı Yair Lapidi birbaşa olaraq işarələyən “Twitter” mesajı paylaşıb. Lavrovun sözlərinin arxasında dayanan mesajda “İsrail hökumətinin Kiyevdəki nasist rejiminə dəstəyini çox izah edir”,- ifadələri yer alıb.

Çərşənbə günü səhnəyə yenidən Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxıb. Zaxarova iddia edib ki, israilli muzdlular ukraynalılarla birlikdə ruslara qarşı vuruşurlar. Zaxarova daha da irəli gedərək israilli muzdluların ifrat sağçı neonasist qruplaşması olan “Azov” batalyonu ilə çiyin-çiyinə dayandığını iddia edib.

Heç bir sübut təqdim etməyən M. Zaxarova “videonu gördüm” deyib.

“Jerusalem Post” qəzeti yazır ki, Zaxarovanın açıqlamalarından sonra İsrail Xarici İşlər Nazirliyindən rəy istəsələr də, cavab ala bilməyiblər.

“Haaretzdə” dərc olunan başqa bir təhlildə Rusiyanın İsrailə qarşı antisemit hücumlarının şokedici və məqsədyönlü olduğu vurğulanıb.




Bölməyə aid digər xəbərlər