09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Türkiyədə gərginlik: Ərdoğan-İmamoğlu savaşı qızışır
Tarix: 07-05-2022 14:57 | Bölmə: Slayd
Türkiyədə gərginlik: Ərdoğan-İmamoğlu savaşı qızışır
Ərdoğan və İmamoğlu

Dünyanın nüfuzlu yayım təşkilatlarından olan “Bloomberg” Türkiyə prezidenti Ərdoğan ilə İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) arasında artan gərginliyə diqqət çəkib. Hakimiyyət nümayəndələri və ekspert rəylərinin də yer aldığı yazıda qeyd olunur ki, İstanbuldakı siyasi qarşıdurma Türkiyədəki iqtisadi böhrana xüsusi təsir göstərir.

Reyting.az
-ın məlumatına görə, “Bloomberg” yazır ki, İstanbulun müstəqilliyi və maliyyə qaynaqları hökumətlə İBB arasındakı qarşıdurmada ilişib qalıb.

Hökumətlər və yerli özünüidarəetmə orqanları arasında siyasi mübarizənin dünyanın başqa yerlərində də zaman-zaman yaşandığı vurğulanır, İstanbuldakı siyasi qarşıdurmanın güclü təəssürat yaratdığı bildirilir.

2019-cu il seçkilərində CHP-nin İstanbul və Ankarada böyük bələdiyyələri ələ keçirməsindən sonra gərginliyin daha da artdığına diqqət çəkən “Bloomberg”, artan gərginliklə bağlı ekspert və rəsmilərin şərhlərini də paylaşıb.

Kadir Has Universiteti İstanbul Araşdırmalar Mərkəzinin direktoru Murat Güvenç mərkəzi hökumətlə müxalifətə bağlı yerli bələdiyyələr arasında soyuq müharibənin olduğunu bildirib. Güvenç hökumətin atdığı addımlarla bağlı “Problemlər yaradıb, siyasi məqsədləri üçün istifadə edirlər”,- deyib.

İstanbulun itirilməsinin AKP üçün böyük zərbə olacağı bildirilən yazıda qeyd olunur ki, bir müddət İstanbulun bələdiyyə başqanı olan Rəcəb Tayyib Ərdoğan müxalifətə təzyiqləri artıraraq onların qarşısını almağı hədəfləyib.

İBB sözçüsü Murat Ongun deyib ki, hökumət bir çox layihəni - metro xəttini genişləndirərək köhnə avtobusların yenilənməsinə və yeni taksi lisenziyalarının verilməsinə mane olmağa çalışır.
İmamoğlunun 2019-cu ildə vəzifəyə gəlişindən sonra heç bir dövlət bankından kredit götürülmədiyini qeyd edən Ongunun sözlərinə görə, bütün bunların məqsədi insanlara şəhəri idarə edə bilməyəcəyimizi söyləməkdir.

Türkiyədə 1980-ci illərdə baş verən sürətli urbanizasiya ilə bələdiyyə başqanı vəzifəsinin getdikcə daha çox əhəmiyyət qazandığına da diqqət çəkilir.



Sabancı Universiteti İstanbul Siyasət Mərkəzinin direktoru Fuat Keyman da mərkəzləşmənin artırılmasının bələdiyyə başçılarının qərar qəbuletmə imkanlarını azaltdığını bildirib.

Bununla belə həqiqət odur ki, prezident Ərdoğan hazırda dünya səviyyəli siyasətçidir, aparıcı mərkəzlər tərəfindən ciddi qəbul olunur, Türkiyənin milli maraqlarının qorunması və hədəfə çatdırılması baxımından əvəzedilməz fiqurdur.




Bölməyə aid digər xəbərlər