09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiya Suriyadakı qoşunlarını Ukraynaya gətirir
Tarix: 10-05-2022 16:03 | Bölmə: Slayd
Rusiya Suriyadakı qoşunlarını Ukraynaya gətirir

Rusiya Ukraynadakı əsgərlərinə dəstək olmaq üçün Suriyadakı qoşunlarının bir hissəsini bu ölkədən çıxarır.

Reyting.az
-ın məlumatına görə, “Moscow Times” və İsrailin “DebkaFile” xəbər saytları yazır ki, bir neçə hərbi hissə Suriyadakı bazalardan Ukraynaya göndərilmək üçün Aralıq dənizindəki 3 hava limanına köçürülüb. Suriyada tərk edilmiş bazaların İran İnqilab Keşikçiləri Ordusu və Livan “Hizbullah”ına təhvil verildiyi bildirilir.

“DebkaFile” qeyd edib ki, bu bazalar Hmeymim, Qamışlı, Deyr əz-Zor və T4-dür.

Digər tərəfdən, Rusiyanın Suriyadan qoşunlarının bir hissəsini çıxarması və ötən gün Suriya lideri Bəşər Əsədin İranın ali lideri Əli Xamnəi ilə görüşü İsraildə narahatlıq yaradıb. İsrail mediası bildirir ki, Rusiya qüvvələri Suriyadakı hərbi mövcudluğunu və təsirini azaltdıqca, İran bu yeri dolduracaq. Bu isə İsraildə narahatlıq doğurur.




Bölməyə aid digər xəbərlər