09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Putin kəşfiyyat xidməti ilə bağlı qərar verib
Tarix: 10-05-2022 21:43 | Bölmə: Slayd
Putin kəşfiyyat xidməti ilə bağlı qərar verib

Prezident Vladimir Putin Rusiyanın Ukraynadakı kəşfiyyat əməliyyatlarının məsuliyyətini Federal Təhlükəsizlik Xidmətindən (FTX) alaraq Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsinə (QRU) həvalə edib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Ukrayna ilə bağlı istəyinə nail ola bilməyən Rusiya prezidenti FTX-nı yanlış kəşfiyyat məlumatlarında ittiham edir. O, Ukrayna ilə müharibədəki uğursuzluq səbəbindən Rusiya FTX-nın xarici kəşfiyyat idarəsinin rəisi Sergey Besedanı həbs etdirib, onlarla yüksək çinli kəşfiyyatçını vəzifədən kənarlaşdırıb.

Qeyd edək ki, 2 aydır davam edən müharibədə onlarla rus komandiri öldürülüb, rus qoşunları həm əsgər, həm də texnika baxımından ağır itkilər verib. Bunlarla yanaşı Rusiyanın Qara dəniz donanmasındakı flaqmanının məhv edilməsi Putini yeni qərarlar qəbul etmək məcburiyyətində qoyub.

Britaniyanın “Teleqraf “qəzeti yazır ki, Putin Ukraynadakı kəşfiyyat əməliyyatlarının məsuliyyətini FTX-dən alaraq Rusiya Kəşfiyyat İdarəsinə verib.

Xatırladaq ki, Qərb mediasının “qəddar Rusiya hərbi birliyi” kimi qələmə verdiyi QRU-nun 2018-ci ildə Solsberidə öldürülən Sergey Skripala sui-qəsd təşkili etdiyi iddia olunur.

İddiaya görə, Rusiya liderinin qəbul etdiyi kritik qərarın arxasında FTX-yə qəzəbi ilə yanaşı, son günlər Qərb mətbuatındakı xəbərlər də rol oynayır. Ukraynanın ABŞ-dan gələn kəşfiyyat sayəsində Rusiyanı qabaqladığı bildirilən xəbərdə ABŞ rəsmilərinin müharibə ilə bağlı verdiyi təəccüblü məlumatlar yer alıb. Adları çəkilməyən yüksək rütbəli rəsmilər Ukraynadakı rus zabitlərinin öz rəhbərlərinə tabe olmaqdan imtina etdiklərini və Donbasdakı qoşunların “kifayət qədər sürətlə” işləmədiyini bildiriblər.

Rusiyanın casus icması üzrə ixtisaslaşmış araşdırmaçı jurnalist Andrey Soldatov QRU-ya verilən icazədən sonra Rusiya ordusunun öz performansını artıra biləcəyini düşünür:

“Əlbəttə, onlar döyüş meydanında, qoşunlarla təmasda və maddi-texniki təchizatda daha effektiv olacaqlar”.

Putinin yeni qərarı ilə Ukraynada kəşfiyyat məlumatlarının toplanmasına cavabdeh olan yeni sima general-leytenant Vladimir Alekseyevdir.

Alekseyev 2012-ci ildən QRU-nun ikinci şəxsidir. O, Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyatını “öldürməyə hazır olan sərt adamlar”la doldurmaqla öz casusluq imkanlarını gücləndirməyə çalışıb.

Tədqiqatçı Andrey Soldatov general Alekseyevi bu sözlərlə xarakterizə edib:

“Alekseyev Suriyadakı hərbi əməliyyatları görüb və Donbasdakı döyüşlərdə iştirak edib. Digər zabitlər onu qəddar və ehtiyatsızlıq həddinə qədər özünə güvənən biri kimi təsvir edirlər. Britaniya və Avropa İttifaqı onu 2018-ci ildə kimyəvi silah hücumuna nəzarətdə ittiham edir”.




Bölməyə aid digər xəbərlər