09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
NATO Zirvəsi: Bayden-Ərdoğan görüşü olacaqmı?
Tarix: 27-06-2022 14:11 | Bölmə: Slayd
NATO Zirvəsi: Bayden-Ərdoğan görüşü olacaqmı?

Rusiyanın Ukraynaya müdaxiləsi ilə İsveç və Finlandiyanın da NATO-ya üzv olmaq müraciətini müəyyən edəcək sammit üçün geri sayım başlayıb.

Reyting.az
xəbər verir ki, Madriddə keçiriləcək kritik NATO Sammitindən əvvəl əsas diqqət Türkiyə və ABŞ prezidentlərinin görüşüb-görüşməyəcəyinə yönəlib.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü və davam edən müharibə NATO-nu prosesdə aparıcı aktyora çevirsə də, alyans daxilində fikir ayrılığı davam edir.

Bu həftə çərşənbə axşamından cümə axşamına kimi İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO liderlərinin zirvə toplantısında kritik addımların atılacağı gözlənilsə də, gündəmin ən böyük məsələsi İsveç və Finlandiyanın alyansa üzv olmaq istəyinə veto qoymağa qərar verən Türkiyəni razı salmaqdır.

Sabah başlayacaq tədbirdən əvvəl bütün gözlər Türkiyə nümayəndə heyətini təqib edərkən, İngiltərə xəbər agentliyi “Royter” geniş təhlil hazırlayıb. Təhlildə qeyd olunur ki, NATO liderləri Türkiyə prezidentindən Finlandiya və İsveçin üzvlüyünə veto qoymamağı xahiş edəcəklər.

Sammitdə cavabı maraqla gözlənilən iki sual var. NATO Sammitində qaçqın böhranına qarşı Cənub blokunun güclənməsindən tutmuş Çinin bölgəyə daha çox qoşun göndərməsinə qarşı ittifaqın qurulmasına qədər bir çox mövzunun müzakirə ediləcəyi gözlənilsə də, Türkiyənin iki ölkənin üzvlüyünə veto qoyması prioritetlərdən biridir. Türkiyənin mövqeyini dəyişib-dəyişdirməyəcəyi beynəlxalq ictimaiyyəti maraqlandıran suallardan biridir.

Finlandiya və İsveçin üzvlüyünü qiymətləndirən ABŞ senatoru Anqus King bildirib ki, bu iki ölkənin NATO sıralarına daxil olması Putinə mühüm mesajdır. Onun sözlərinə görə, bu, ittifaqı əhəmiyyətli dərəcədə gücləndirəcək.

İki ölkənin üzvlük danışıqlarında iştirak edən bir türk rəsmisi sammitdə belə bir razılaşmanın əldə olunmasının çətin olduğunu bildirib. O, deyib ki, danışıqlar olub, təəssüf ki, gözlənilən addımlar atılmayıb.

NATO-nun iki yüksək rütbəli diplomatı da yaranan mübahisənin texniki keyfiyyət deyil, siyasi olduğunu bildirib.

Təhlildə qeyd edilir ki, Ərdoğanın mövqeyi 2023-cü il seçkiləri öncəsi ölkəsində dəstəyini artırıb. Qeyd edilir ki, Ankara son həftələr Suriyanın şimalında hərbi əməliyyata başlayacağını bildirib, NATO-dakı müttəfiqi Yunanıstanla gərginliyi artırıb və Qərbin Rusiyaya qarşı sanksiyalarında yer almayıb.

Sammitin ən maraq doğuran sualı ABŞ prezidenti Baydenin türkiyəli həmkarı Ərdoğanla təkbətək görüşünün olub-olmayacağı ilə bağlıdır. Çünki vəzifəyə gəldiyi gündən Türkiyə və Ərdoğandan məsafə saxlayan, ABŞ-ın əvvəlki prezidenti Trampla müqayisədə nadir hallarda əlaqə saxlayan Bayden Finlandiya və İsveçin üzvlüklə bağlı Madriddə Ərdoğana təzyiq edə biləcəyi iddia olunur. Amma o da qeyd olunur ki, Türk hökuməti bu məsələyə prinsipial yanaşır və tələblərindən imtina etməsi ağlabatan deyil.





Bölməyə aid digər xəbərlər