09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Dünyanın qida problemi... - Yeni planlar hazırlanır
Tarix: 27-06-2022 18:38 | Bölmə: Slayd
Dünyanın qida problemi... - Yeni planlar hazırlanır

Rusiyanın hərbi tacavüzündən əvvəl Ukraynanın istehsal etdiyi, 400 milyon insanı doyurmağa yetəcək qidanın böyük hissəsi ölkənin Qara dəniz limanı vasitəsilə ixrac edilirdi. Müharibənin başlamasına səkkiz ay qalmış limanlardan 51 milyon metrik tona yaxın taxıl daşınıb. Müharibə başlayandan sonrakı bir ay ərzində buğda və qarğıdalının ixrac qiymətləri 2021-ci ildə və 2022-ci ilin əvvəllərindəki sürətli artımlarla müqayisədə daha 22 faiz yüksəlib.

Reyting.az
xəbər verir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü digər məhsullarla yanaşı bu ölkədə istehsal olunun ərzaq buğdasının da daşınmasını çətinləşdirib. Bu isə bir çox ölkələri qida problemi ilə üzləşdirib.

Qeyd edək ki, Ukraynadan buğdanın daşınması üçün müxtəlif təkliflər irəli sürülür. Birləşmiş Millətlər Təşkilatının da bununla bağlı planı var. Türkiyə və İtaliya təxminən 20 milyon ton olduğu bildirilən buğdanın Odessa və digər limanlardan BMT karvanı tərəfindən qorunan gəmilərlə Boğaza daşınmasını dəstəkləyir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Ankara BMT-nin planını həyata keçərli sayır. Mövlud Çavuşoğlu bildirib ki, Ankaradakı görüşdə bu məsələni Rusiyanın xarici işlər naziri Lavrova izah edib və Rusiyadan cavab gözləyirlər.

Dördtərəfli görüş olarsa, burada qurulacaq mexanizm və ona nəzarət də daxil olmaqla bütün məsələlər ətraflı şəkildə müzakirə olunacaq. Burada aparıcı müzakirəçilər BMT, Rusiya, Ukrayna və Türkiyə olacaq.

Qeyd edək ki, Ankara-Moskva danışıqları sayəsində Odessa limanlarından bəzi türk gəmiləri çıxa bilib.

Ukrayna limanlarında qalan ərzaq buğdasının çıxarılması üçün Rumıniyanın da təklifi var və Fransa bu təklifi dəstəkləyir. Fransa prezidenti Makron deyib ki, buğdanı Rumıniya üzərindən Dunay çayına və dəmir yolu şəbəkəsinə çıxarmaq mümkündür. Makron bu planının daha sürətli icra olunacağını bildirib.

Digər bir təklifi ABŞ prezidenti Co Bayden səsləndirib. Onun sözlərinə görə, artan qlobal ərzaq böhranının həlli kimi Polşa-Ukrayna sərhədi boyunca müvəqqəti siloslar tikilməlidir. Bayden deyib ki, belə olarsa, Rusiyanın buğdaya çatması əngəllənər.

Avropa İttifaqı Komissiyası 20 milyon ton buğdanın avtomobil və dəmir yolu ilə ölkədən çıxarılmasının planlaşdırıldığını açıqlayıb. Bununla belə, bildirilib ki, Ukraynanın dəmir yolları ilə Aİ ölkələrinin dəmir yolları arasında “müxtəlif dəmir yolu eni”, vaxt və proses baxımından məhsulların daşınmasını uzadan problem var.

Digər problemlər arasında sərhəd-keçid məntəqələrində bürokratik proseslərin uzanması səbəbindən 30 günə qədər gözləmə müddətləri də göstərilib.




Bölməyə aid digər xəbərlər