09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiyadan NATO-ya təhlükə: “Roskosmos” sammitin keçiriləcəyi yerin koordinatlarını paylaşıb
Tarix: 28-06-2022 17:04 | Bölmə: Slayd
Rusiyadan NATO-ya təhlükə: “Roskosmos” sammitin keçiriləcəyi yerin koordinatlarını paylaşıb

Bu gün dünyanın diqqəti İspaniyanın paytaxtı Madriddə başlayacaq və Rusiyanın Ukraynaya qarşı işğal siyasətinin müzakirə olunacağı NATO-nun sammitinə yönəlib. Bu saamit Qərb hərbi ittifaqının Rusiyaya münasibətdə hansı strategiyanı müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Reyting.az
xəbər verir ki, sammitin keçirildiyi bir vaxtda NATO-nun düşməni sayılan rəsmi Moskva 30 ölkə liderinin iştirak etdiyi sammitə təhlükə yaradıb. Rusiyanın kosmos və aviasiya qurumu “Roskosmos” NATO sammitinin keçiriləcəyi yerin fotolarını və koordinatlarını paylaşıb.

Rusiyanın “Pravda” qəzetinin xəbərinə görə, sammitin keçiriləcəyi binanın fotolarını paylaşan “Roskosmos” “Ukraynaya dəstək verən qərar mərkəzidir”,- ifadəsini işlədib.

“Roskosmos” həmçinin ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binası ilə Fransa, İngiltərə və Almaniyadakı hərbi binaların koordinatlarını da ictimailəşdirib. Bu isə təhdid hesab olunur. Rusiya hərbi-sənayesi bununla nümayiş etdirir ki, NATO liderlərinin bir araya gəldiyi toplantı onun üçün hədəfə çevrilə bilər.



“Roskosmos”un baş direktoru D. Roqozin daha əvvəl verdiyi müsahibədə Qərbin özəl peyk təsviri şirkətlərinin Ukraynaya müharibədə dəstək olmaq üçün əllərində olan məlumatları NATO-ya göndərdiyini və nüvə müharibəsində NATO ölkələrini 30 dəqiqə ərzində məhv edə biləcəklərini iddia etmişdir.

NATO sammitində Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı “Avropadan artan təhlükə”yə qarşı qərarların veriləcəyi və Ukraynaya dəstəyin artırılacağı gözlənilir. Rusiya bəyan edib ki, NATO-nun Şərqi Avropada müharibədən əvvəl genişlənməsi onun üçün ciddi təhlükədir.

Keml, həmçinin NATO-nu aqressiv hərbi alyans sayır və əsas rəqibin Şimali Atlantik Alyansı olduğunu da gizlətmir.

Sammitə saatlar qalmış Kremldən verilən açıqlamada NATO-nun münaqişə üçün yaradılan “aqressiv birlik” olduğu bildirilib. Kremlin sözçüsü Dmitri Peskov da Ukraynada “xüsusi hərbi əməliyyat” olaraq xarakterizə etdiyi ekspedisiyanın planlaşdırıldığı kimi getdiyini və məqsədinə çatacağını deyib. Bununla da Rusiya zəif olmadığını nümayiş etdirir və NATO-ya prosesdən kənarda durmaq mesajını çatdırır.

Məlumat üçün qeyd edək ki, Madriddə NATO sammitində iştirak edəcək dünyanın 30 ölkə başçısını qorumaq üçün minlərlə polis əməkdaşı, kəşfiyyat və mühafizə xidmətləri cəlb olunub.





Bölməyə aid digər xəbərlər