09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Türkiyə və ABŞ prezidentləri görüşüb - Yenilənib+
Tarix: 29-06-2022 08:46 | Bölmə: Slayd
Türkiyə və ABŞ prezidentləri görüşüb - Yenilənib+

ABŞ prezideni Co Bayden ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Madriddə ikitərəfli görüş keçirəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ Evdən bildiriblər.

Məlumata görə, prezident Bayden türkiyəli həmkarı Ərdoğanla NATO-nun birgə müdafiə və təhlükəsizliyini, eləcə də ikitərəfli münasibətləri müzakirə edəcək.

Görüşün Bakı vaxtı ilə saat 19:45-də reallaşacağı və bir saat davam edəcəyi gözlənilir.

***

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Cozef Bayden arasında görüş başlayıb.

Türkiyə KİV-lərinin məlumatına görə, görüşün əvvəlində Türkiyə prezidenti amerikalı həmkarı ilə bir araya gəlməkdən məmnun olduğunu bildirib.

Qeyd edək ki, görüş NATO-nun Madriddəki sammiti çərçivəsində baş tutub.

***

Madriddə Türkiyə və ABŞ prezidentləri arasında görüş olub.

Reyting.az
xəbər verir ki, 1 saat 10 dəqiqə davam edən görüşdə Bayden Ərdoğana İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib. O, eyni zamanda, Türkiyə prezidentinə Ukrayna taxılının ixracını təmin etmək səylərini təqdir etdiyini deyib.

Ərdoğan isə bildirib ki, NATO-nun güclənməsinə yönəlmiş addımlar Rusiya və Ukrayna arasında münaqişənin həlli prosesinə xüsusi töhfə verəcək: "Türkiyə taxıl dəhlizi problemini balanslaşdırılmış siyasətlə həll etməyə çalışır. Biz bu səylərimizin müsbət nəticələr verəcəyinə ümid edirik".





Bölməyə aid digər xəbərlər