09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Paşinyan məcburdur ki... - Deputatın şərhi
Tarix: 29-06-2022 18:10 | Bölmə: Slayd
Paşinyan məcburdur ki...

“Nikol Paşinyan deyir ki, Azərbaycan müharibəyə başlamaq üçün bəhanələr axtarır. Əslində danışıqlar prosesini pozan onun özünün cəfəng iddialarıdır. Ancaq bunun müqabilində anlayır ki, çətin duruma düşəcək. Bu səbəbdən də öncədən özünü sığortalamaq istəyir. Yəni belə təəssürat yaradır ki, danışıqlar baş tutmur, Azərbaycan nəinki mənim cəfəng təkliflərimi qəbul etmək istəmir, bəhanə axtarır ki, üzərimə hücum etsin. Əslində o, ucuz populizmlə məşğul olur və təəssüflər olsun ki, populizm onun elektoratına işləyir”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov əlavə edib ki, Paşinyanın danışıqları xarici auditoriya üçün sıfır əhəmiyyətə malikdir: “Erməni mətbuatı onun bu danışığına şərh vermək istəmir. Üstəlik, 50 media ona sual verməkdən imtina edib. Əslində Paşinyan çətin vəziyyətin olduğunu nümayiş etdirir. Ona görə ki, arxasınca addım-addım Azərbaycanın tələblərini qəbul etməyə məcburdur. Çünki Azərbaycanın tələbləri byenəlxalq hüquqa və bu hüququn arxasında Azərbaycanın gücünə söykənir.


R. Musabəyov

Paşinyan bir tərəfdən deyir ki, sülh danışıqlarına hazırıq, digər tərəfdən də danışıqlara elə cəfəng istəklərini gətirir ki, bunu müzakirə etməyə imkan qalmır. Məsələn, deyir ki, dəmiryolunun açılmasına, nəqliyyatın bərpasına hazırdırlar, amma gəlin öncədən sənəd imzalayın ki, mallara nəzarət, gömrük taarifləri bəlli olsun. Sözsüz ki, Azərbaycan bunu rədd edir. Biz sənə öncədən niyə boyun olmalıyıq ki, bizim ikinci yolumuz da var. Biz rəqabət əsasında hansı yollar sərfəli olacaqsa, üstünlüyü də ona verəcəyik. Bunlar hər bir şeydən özləri üçün qazanc axtarırlar. Amma Paşinyanın manevr etmək imkanları günü-gündən daralır”.

R. Musabəyov xatırladıb ki, mətbuat konfransı zamanı N. Paşinyan məcbur olaraq Laçını boşaltmalı olacaqlarını dilinə gətirib: “Üstəlik, Zabux və Sus kəndini. İndi oranı boşaltmalı olacaqlar. Ermənilərin oradan çıxarılması qaçılmazdır. Bu proses gedəcək. Paşinyan bu addımları atmağa məcburdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər