11:02 / 13-06-2025
İsrail İranda 60 məkana zərbələr endirib
10:48 / 13-06-2025
İlham Əliyev konqres iştirakçılarına məktub ünvanlayıb
10:40 / 13-06-2025
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
10:29 / 13-06-2025
İran nüvə danışıqlarını dayandırıb
10:02 / 13-06-2025
İranın 6 nüvə alimi öldürülüb
09:57 / 13-06-2025
İsrailin İrana zərbələri davam edəcək
09:27 / 13-06-2025
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
09:05 / 13-06-2025
İranın Ali Rəhbəri ölən generalların yerinə müvəqqəti təyinat edib
08:50 / 13-06-2025
Xamneinin ağır yaralanan müşaviri ölüb - Yenilənib
08:36 / 13-06-2025
Ananın Antalyada atdığı uşaq Rusiyaya qaytarılıb
08:30 / 13-06-2025
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
08:17 / 13-06-2025
“Google”nin fəaliyyətində nasazlıq yaranıb
08:09 / 13-06-2025
Xabarovskda qızıl mədəni yanır
08:06 / 13-06-2025
Donald Tramp: “Rusiya və Ukrayna məni məyus edib”
08:01 / 13-06-2025
Mariya Zaxarovanın ironiyası...
07:48 / 13-06-2025
İrana hücum səbəbindən 10-dan çox aviareys Bakıya enib
07:42 / 13-06-2025
İsrail İrana beş zərbə endirib
07:37 / 13-06-2025
Pentaqonun Qrenlandiya və Panama üçün “xüsusi strategiyası” var
07:30 / 13-06-2025
İranın ali rəhbəri İsraili hədələyir
07:23 / 13-06-2025
İsrail İranı vurmağa başlayıb
21:38 / 12-06-2025
Erməniəsilli şəxslərin məhkəməsi davam edir - Yenilənib
19:57 / 12-06-2025
"Naxçıvan" TV-nin sədri vəzifədən azad edilib - Təyinat
19:22 / 12-06-2025
Almaniya Ukraynanın silahlanmasına əlavə vəsait ayıracaq
18:33 / 12-06-2025
Fransa İranın nüvə eskalasiyasını pisləyir
18:19 / 12-06-2025
Uşaqların sosial şəbəkələrə girişi qadağan ediləcək
18:01 / 12-06-2025
İlham Əliyev Baş nazirə başsağlığı məktubu göndərib
17:51 / 12-06-2025
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
17:38 / 12-06-2025
ƏƏSMN: "Yeni sosial islahat paketi 3 milyon insanı əhatə edir"
17:33 / 12-06-2025
Prezident Şuşa ilə bağlı sərəncam imzalayıb
18:34 / 08-06-2025

22:58 / 08-06-2025

13:07 / 10-06-2025

09:31 / 09-06-2025

08:48 / 09-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

18:45 / 10-06-2025

13:40 / 11-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

Əliyevin dörd mühüm mesajı
Tarix: 30-06-2022 15:12 | Bölmə: Slayd

Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri başa çatıb. Prezident səfər çərçivəsində iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib.
Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş keçirilib. Azərbaycan prezidenti sözügedən tədbirdə çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub:
Birincisi, prezident çıxşı zamanı Türkmənistan ilə Azərbaycan arasındakı münasibətlərə toxunaraq Türkmənistanın keçmiş prezidenti, Türkmənistan Parlamentinin Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu yubileyi münasibəti ilə təbrik edib. Bundan başqa, prezident Sərdar Berdiməhəmmədova da prezident seçilməsi münasibəti ilə təbrikini çatdırıb.

İlk başda bu adi protokol və siyasi etiket qaydaları kimi görünsə də, prezidentin Türkmənistana və onun dövlət başçılarına yanaşması xüsusi diqqət çəkir. Belə ki, Türkmənistan Şimali Koreyadan sonra dünyanın ikinci ən qapalı ölkəsi hesab edilir. Bundan başqa, bu ölkə xarici siyasətdə olduqca ehtiyatlı və kövrək davranış sərgiləyir.
Rəsmi Bakı buna baxmayaraq, hazırda Türkmənistan ilə ən sıx xarici siyasət aparan ölkədir. Türkmənistanın geosiyasi mövqeyi, enerji resursları ilə zənginliyi, Xəzəryanı ölkə olması və ən nəhayət, digər türk respublikalarına sərhədinin olması bu ölkəni Bakı və türk ittifaqı üçün vacib edir. Yaxın keçmişdə iki ölkə arasında münasibətlər vaxtaşırı pisləşsə də, hazırda münasibətlər tarixinin ən yaxşı dövrünü yaşayır. Rəsmi Bakının indiki məqamda Türkmənistan siyasəti iki prioritet əsasında inkişaf etdirilir:
1. Türkmən qazının TANAP və TAP ilə Avropaya nəqli;
2. Türkmənistanın türk birliyinə inteqrasiyası.

Azərbaycan Avropanın alternativ enerji təminatçısı olmaq istəyirsə, bunu təkbaşınıa öz təbii ehtiyatları ilə edə bilməyəcəyini bilir. Buna görə də Mərkəzi Asiyanın neft və qazla zəngin ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə daim maraqlıdır. Təsadüfi deyil ki, bir müddət öncə prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı görünən isti münasibət onun Türkmənistan səfərində də müşahidə edildi.
İkincisi, prezident çıxışı zamanı Azərbaycanın ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ölkə başçısnın çıxışı zamanı bu məsələyə toxunması heç də təsadüfi deyil. Belə ki, 2018-ci ildə Aktauda imzalanmış Konvensiya Xəzərin hüquqi statusuna dair imzalanmış ilk belə rəsmi razılaşmadır. Düzdür, sənəd hələ ki, qüvvəyə minməyib. Bunun əsas səbəbi də İranın hər vəchlə prosesi kölgələməsi, əsassız tələblər irəli sürməsidir. Buna görə də Azərbaycan prezidenti çıxışı zamanı bildirdi ki, sənəd Xəzərin hüquqi statusunu müəyyən edib.
Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Üçüncüsü, Azərbaycan prezidentinin çıxşında ən diqqətçəkən məqam şübhəsiz ki, onun Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı fikirləridir. Prezident qeyd edib ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzləridir və Şərq-Qərb Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır: “Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.
Transxəzər beynəlxalq nəqliyyat marşrutu ifadəsi ümumi məna daşısa da, prezidentin burada verdiyi mesaj əslində Transxəzər boru kəməridir. Rəsmi Bakı enerji siyasətinin bəlkə də ən önəmli layihəsi məhz Transxəzərdir. Təəssüf ki, bir sıra xarici təsirlərə görə bu layihə bu gün də icra edilməyib və layihə olaraq qalmaqdadr. Bununla belə, prezident İlham Əliyev az qala hər sammitdə bu layihəyə birbaşa və ya dolayı yolla toxunaraq ölkələrin, xüsusilə də Rusiyanın nəbzini yoxlayır.
Trasxəzər layihəsi reallaşsa Mərkəzi Asiya ölkələrinin neft və qazı Azərbaycana, daha sonra isə rəsmi Bakının icra etdiyi layihə ilə Avropa bazarına çıxarıla bilər.

Dördüncüsü, çıxışı zamanı prezidentin qeyd etdiyi “bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir”,- ifadəsi də diqqət çəkir.
Aydın məsələdir ki, indiki məqamda iki ölkə - İran və Rusiya digər ölkələrin daxili işlərinə qarışır, ərazi bütövlüyünə hörmətsizlik edir. Düzdür, ölkə başçısı çıxışında birbaşa bu ölkələri hədəf almasa da rəsmi Tehran və Moskvanın siyasəti hər kəsə məlumdur. Xüsusilə İranın son zamanlar Azərbaycan daxilində inanclı şəxslər üzərindən apardığı propaqanda faktiki olaraq bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir.
Turan RZAYEV
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
Bu gün, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Bu gün, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Bu gün, 07:48
İrana hücum səbəbindən 10-dan çox aviareys Bakıya enib
Bu gün, 07:23
İsrail İranı vurmağa başlayıb
Dünən, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
Dünən, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
Dünən, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Dünən, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)