09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Sabitlik Zəngəzur dəhlizinə bağlıdır
Tarix: 30-06-2022 17:55 | Bölmə: Slayd
Sabitlik Zəngəzur dəhlizinə bağlıdır

“Sülh müqaviləsi daha çox Zəngəzir dəhlizinə bağlıdır. Sanki hər şey qaydasındadır, sadəcə, Zəngəzur dəhlizinin açılmasına mane olurlar. Hökumətin bütün fikri Zəngəzur dəhlizinə yönəlib. Çünki bu hamının - bütün dövlətlərin marağındadır. Konfliktin həlli, sülh əslində dəhlizdən başlaya bilər. Söhbət təkcə Qarabağdan getmir, regionda və ətrafımızda olan bütün konfliktlərdən gedir”.

Bunu Reyting.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının mümkünlüyündən danışarkən deyib.

N. Cəfəroğlu bildirib ki, Zəngəzur dəhlizi strateji yol olacaq və dünya bundan faydalanacaq:

“Birincisi, bu dəhliz strateji olaraq qədim İpək yolunun açılması üçün vacibdir. Bu yoldan Avropa İttifaqı, Amerika, Asiya, Rusiya, Ukrayna və Çin istifadə edəcək.

İkincisi, bu dəhlizdə heç kim hegemon olmaq haqqında düşünməməlidir. Əksinə, yolun açılmasına dəstək verilməlidir.

Üçüncüsü, artıq 30 ildir ki, Naxçıvan məhz bu dəhlizin bağlanması səbəbindən blokadaya düşüb, yüz minlərlə naxçıvanlı ağır şərtlər altında yaşamaq məcburiyyətində qalıb. Niyə heç kəs Naxçıvanda yaşayan yüz minlərlə insanın haqlarını tanımaq istəmir? Hökmən tanımalıdır. 30 ildir ki, Naxçıvana yalnız hava nəqliyyatı işləyir. Dünyada ikinci bir belə yer yoxdur”.


Novella Cəfəroğlu

N. Cəfəroğlu əlavə edib ki, bu mövzular ətrafında hökumətə konkret təklifləri var: “Burada həm siyasi, həm iqtisadi məsələlər nəzərdə tutulur. Dünyadan hər kəsi konfransa çağıraraq həm strateji, həm də humanitar məsələləri müzakirə etmək olar. Əlbəttə, biz dəhlizin məsələsini qaldıra bilərik. Hesab edirəm ki, dünyanın diqqətini buna cəlb etmək lazımdır. Biz, sadəcə, Azərbaycandan Naxçıvana gedən yoldan bəhs etmirik. Söhbət Çindən uzanan və Avropaya çatan daha qısa və daha ucuz başa gələn effektiv bir yoldan gedir. Hansı ki, ölkələrin bir çoxu bu dəhlizdən istifadə etməklə Hindistana qədər gedib çıxa biləcək. Yəni demək istəyirəm ki, bu, geosiyasi əhəmiyyətə malik layihədir və biz bu işdə iştirak etməyə hazırıq”.

N. Cəfəroğlu qeyd edib ki, digər mühüm məqam Türkiyə-Ermənistan yolunun açılmasıdır: “Bu da vacib məsələdir. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini qaydaya salması ona böyük gəlir gətirə, regionda sabitlik yarada bilər. Sözsüz ki, bu halda Türkiyə də yolunu Ermənistanın üzünə açacaq. Hesab edirəm ki, yolların açılması regiona sülh gətirə və inkişafa əsas yarada bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər