09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Odessaya raket zərbələri endirilib, çoxsaylı ölən və yaralılar var - Fotolar
Tarix: 01-07-2022 08:36 | Bölmə: Slayd
Odessaya raket zərbələri endirilib, çoxsaylı ölən və yaralılar var

Rusiya Ukraynanın Odessa vilayətinə yenidən raket zərbələri endirib.

Reyting.az
UNİAN-a istinadla xəbər verir ki, bu barədə Odessa hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk teleqram kanalında bildirib. O, qeyd edib: "Odessa vilayəti. Düşmənin raketi düşüb. Təəssüf ki, ölənlər var. Təfərrüatlar sonra...".

Hadisə “Pivden” əməliyyat komandanlığından da təsdiqlənib: "Raket düşüb, ölənlər var".

"RBC Ukraina" isə Odessaya 2 raketin atıdlığını, onlardan birinin 9 mərtəbəli yaşayış binasına düşdüyü bildirilib. Binanın dağıntıları altından 6 nəfərin meyiti çıxarılıb. Hücum zamanı daha 7 nəfər xəsarət alıb, onlardan 3-ü uşaqdır.

Digər mətbu orqanlar Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinə istinadən hücum zamanı 10 nəfərin həlak olduğunu xəbər veriblər.

***

Son məlumata görə, Odessanın Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.


Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Qeyd edilir ki, doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb, üçü uşaq olmaqla, daha 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib.

İkinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. Raket zərbəsi istirahət mərkəzinin üç və dördmərtəbəli binalarının qismən dağılmasına səbəb olub, nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.





Bölməyə aid digər xəbərlər