09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Türkiyə ilə Ermənistan sərhədləri açır - Foto
Tarix: 01-07-2022 19:49 | Bölmə: Slayd
Türkiyə ilə Ermənistan sərhədləri açır

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında növbəti görüş keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Unanyan bildirib.

Xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyan arasında Vyanada keçirilən görüşdə tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər. Bildirilir ki, bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.



Vyanada keçirilən dördüncü görüşə dair bəyanatda deyilir ki, iki arasında birbaşa hava ilə yük ticarətinin mümkün qədər tez başlaması barədə razılıq əldə edilib və bu məqsədlə lazımi prosesin başlanmasına qərar veriblər.

Bundan əlavə, tərəflər, həmçinin yekun məqsəd olan iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha vurğulayıblar.

Qeyd edək ki, bundan əvvəl tərəflər arasında üç dialoq baş tutub. İlk görüş Moskvada, digərləri isə Vyanada reallaşıb.




Bölməyə aid digər xəbərlər