09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Zelenski: “Şiddətli döyüşlər davam edir, düşmənin aktivliyi güclənir”
Tarix: 03-07-2022 01:03 | Bölmə: Slayd
Zelenski: “Şiddətli döyüşlər davam edir, düşmənin aktivliyi güclənir”

Fevralın 24-dən bu günə qədər, Rusiyanın hücumu nəticəsində Ukraynanın 10 vilayəti döyüş əməliyyatlarından zərər çəkib. Bu müddət ərzində 1 027 şəhər və qəsəbə azad olunub, 2 610 yaşayış məntəqəsi isə hələ də Rusiyanın işğalı altındadır.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.

V. Zelenski diqqətə çatdırıb ki, işğaldan azad olunan yaşayış məntəqələrinin əksəriyyətinin bərpaya ehtiyacı var:

“Yüzlərlə yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən tamamilə dağıdılıb və onları faktiki olaraq yenidən tikmək lazımdır. Bundan başqa, digər vilayətlərdəki onlarla şəhər raket zərbələri alır. Yüzlərlə müəssisə məhv edilib. Onların arasında mürəkkəb, təhlükəli istehsalatlar da var. Bura kimya, metallurgiya aiddir”.

Ukrayna prezidenti bildirib ki, şiddətli döyüşlər bütün cəbhəboyu ərazilərdə davam edir: “Donbasda episentr, təbii ki, Luqansk vilayətinin şəhərlərindədir. Xarkov vilayətində düşmənin aktivliyi güclənir. Xerson vilayətindəki İvanovkadan işğalçıları qovmuşuq, cənubda təzyiqləri davam etdiririk”.




Bölməyə aid digər xəbərlər