10:29 / 13-06-2025
İran nüvə danışıqlarını dayandırıb
10:02 / 13-06-2025
İranın 6 nüvə alimi öldürülüb
09:57 / 13-06-2025
İsrailin İrana zərbələri davam edəcək
09:27 / 13-06-2025
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
09:05 / 13-06-2025
İranın Ali Rəhbəri ölən generalların yerinə müvəqqəti təyinat edib
08:50 / 13-06-2025
Xamneinin ağır yaralanan müşaviri ölüb - Yenilənib
08:36 / 13-06-2025
Ananın Antalyada atdığı uşaq Rusiyaya qaytarılıb
08:30 / 13-06-2025
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
08:17 / 13-06-2025
“Google”nin fəaliyyətində nasazlıq yaranıb
08:09 / 13-06-2025
Xabarovskda qızıl mədəni yanır
08:06 / 13-06-2025
Donald Tramp: “Rusiya və Ukrayna məni məyus edib”
08:01 / 13-06-2025
Mariya Zaxarovanın ironiyası...
07:48 / 13-06-2025
İrana hücum səbəbindən 10-dan çox aviareys Bakıya enib
07:42 / 13-06-2025
İsrail İrana beş zərbə endirib
07:37 / 13-06-2025
Pentaqonun Qrenlandiya və Panama üçün “xüsusi strategiyası” var
07:30 / 13-06-2025
İranın ali rəhbəri İsraili hədələyir
07:23 / 13-06-2025
İsrail İranı vurmağa başlayıb
21:38 / 12-06-2025
Erməniəsilli şəxslərin məhkəməsi davam edir - Yenilənib
19:57 / 12-06-2025
"Naxçıvan" TV-nin sədri vəzifədən azad edilib - Təyinat
19:22 / 12-06-2025
Almaniya Ukraynanın silahlanmasına əlavə vəsait ayıracaq
18:33 / 12-06-2025
Fransa İranın nüvə eskalasiyasını pisləyir
18:19 / 12-06-2025
Uşaqların sosial şəbəkələrə girişi qadağan ediləcək
18:01 / 12-06-2025
İlham Əliyev Baş nazirə başsağlığı məktubu göndərib
17:51 / 12-06-2025
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
17:38 / 12-06-2025
ƏƏSMN: "Yeni sosial islahat paketi 3 milyon insanı əhatə edir"
17:33 / 12-06-2025
Prezident Şuşa ilə bağlı sərəncam imzalayıb
17:09 / 12-06-2025
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
10:50 / 08-06-2025

18:34 / 08-06-2025

22:58 / 08-06-2025

13:07 / 10-06-2025

09:31 / 09-06-2025

08:48 / 09-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

18:45 / 10-06-2025

13:40 / 11-06-2025

11:18 / 10-06-2025

Türk ölkəsində separatizmi kimlər qızışdırır?
Tarix: 04-07-2022 14:23 | Bölmə: Slayd

Mərkəzi Asiyada vəziyyət yenidən gərginləşir. Bu dəfə hədəf Özbəkistandır.
Özbəkistan parlamenti ölkə konstitusiyasına dəyişiklik layihəsində Qaraqalpaq Muxtar Respublikasının referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyətinin əlindən alınmasını təklif edib. Konstitusiya dəyişikliklərinə etiraz olaraq qaraqalpaqlar muxtar respublikanın inzibati mərkəzi olan Nukusda nümayişlər keçirib. Məlumatlara görə, etirazlar zamanı ictimai qaydanın pozulması və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsi halları olub.
Hadisə ilə əlaqədar Özbəkistan prezidenti Şövkət Mirziyoyev nümayişlərin keçirildiyi Nukus şəhərinə gəlib. Mirziyoyev konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib. Bundan başqa, Qaraqalpaq Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edilib.
Kənar təsirlər
Özbəkistanda baş verən hadisələrdə kənar təsirlərin rolunun olmadığını düşünmək sadəlövhlükdür. Məsələ ondadır ki, son illərdə, xüsusilə türk birliyi yolunda atılan addımlar fonunda türk coğrafiyasında siyasi-ictimai xaosun yaradılmasına edilən cəhdlər diqqət çəkir. Bir müddət öncə Qırğızıstanla Tacikistan arasında yaşanan gərginlik və ondan öncə Qazaxıstanda baş verən etiraz aksiyaları buna misal ola bilər. Bu mənada Özbəkistanda baş verənlər Mərkəzi Asiya üzərində nəzarət uğrunda geopolitik mübarizənin tərkib hissəsidir.
Ümumiyyətlə, Cənubi Qafqaz kimi, Mərkəzi Asiya da böyük dövlətlərin maraqları daxilindədir. Regionun Avropa ilə Asiyanı birləşdirəcək yeni iqtisadi-ticari marşrutun üzərində olması, enerji resurları ilə zənginliyi, son illərdə bu regionu xüsusilə böyük güclərin diqqət mərkəzinə çevirib.
Pərdə arxasında Kreml var!
Özbəkistanda baş verən son hadisələrin pərdə arxasında Rusiya dayanır. Rusiya mediası ABŞ-a bağlı qeyri-hökumət təşkilatlarının Özbəkistanı qarışdırmaq istədiklərini yazsa da, bunun həqiqət payı yoxdur. İndiki məqamda Vaşinqtonun Özbəkistanı qarşıdırması üçün elə də ciddi səbəb görünmür. Digər tərəfdən, Özbəkistanın müstəqil xarici siyasət yürütməsi Vaşinqtondan çox Kremli narahat edə bilər.
Aydın məsələdir ki, Özbəkistan Mərkəzi Asiyanın sayca ən çox əhaliyə malik türk respublikasıdır. 31 milyondan çox əhalisi olan Özbəkistan 448.978 kvadrat kilometr əraziyə malikdir. Yəni Qazaxıstandan fərqli olaraq ərazi və əhali balansı bu ölkədə qeyri-müəyyən deyil. Təkcə paytaxt Daşkənddə 2,5 milyon insan yaşayır.
Kreml yaxşı bilir ki, Özbəkistanda nə Qazaxıstan ssenarisi, nə də Tacikistan-Qırğızıstan gərginliyi kimi bir ssenarini işə sala bilməz. Daşkəndə təsir etmək üçün tək ssenari az qala bütün keçmiş sovet respublikalarının ortaq problemi olan seperatizmi alovlandırmaqla mümkündür. Əslində Kremlin belə bir ssenarini işə salacağı öncədən bəlli idi. Hələ Qazaxıstandakı iğtişaşların ilk günlərində Belarus prezidenti Aleksandr Lukaşenko Özbəkistanın gələcəyi ilə bağlı "proqnozlar" verərək, oxşar hadisələrin Özbəkistanda da olacağını demişdi.
Təəssüf ki, Özbəkistan tərəfi Lukaşenkonun bu fikirlərinə həmin vaxt reaksiya verəmiş və Lukaşenkonu Özbəkistanın daxili işlərinə qarışmaqda ittiham etmişdir.
Maraqlıdır ki, Lukaşenko bu gün Özbəkistanda baş verən proseslərə münasibət bildirərkən deyib: "O vaxt mən, indi baş verənlər haqda xəbərdarlıq edəndə Özbəkistan rəhbərliyi narazı qalmışdı. Özbəkistanın az qala yarısı olan Qaraqalpakıstan artıq ayağa qalxıb. Özbəkistanı qarışdırırlar və orada indi qəliz situasiya yaranıb".
Proseslərdə Rusiyanın barmağının olduğunu göstərən digər bir fakt isə Rusiya mediasında yayımlanan yazılarda Qaraqalpaqsıtanın “Özbəkistanın Krımı” kimi təqdim edilməsidir. Rusiyanın Krımı ilhaq etdiyini nəzərə alsaq, bu prosesdə də Kremlin payının olduğunu deyə bilərik.
Kreml nə istəyir?
Özbəkistanda baş verən hadisələrdən Kremlin nə istədiyi və hansı mesajlar verdiyi bəlli olur:
Birincisi, Özbəkistan KTMT üzvü deyil və Kremlin Daşkəndi təşkilata üzv etmək istəməsi hərkəsə bəllidir. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin 16 may tarixində Özbəkistanı yenidən rəsmi şəkildə KTMT-yə dəvət etdi. Özbəkistan isə hazırda Türkiyə və Azərbaycanla yaxınlaşmaqda və Qərbə inteqrasiyada maraqlıdır.
Görünür, Özbəkistanın əvvəl Türkiyə, daha sonra Azərbaycan ilə hərbi əməkdaşlıq sazişi imzalanmasını da Rusiya həzm edə bilmir.
İkincisi, Mərkəzi Asiyada son illərdə Türkiyənin liderliyi altında yeni inteqrasiya prosesi, daha dəqiqi, türk birliyi yolunda ciddi addımlar atır. Bu proses dərinləşəcəyi təqdirdə, Kreml regiona təsir mexanizmlərini itirəcəyini anlayır.
Prinsip etibarilə, Rusiya türk birliyinə qarşı deyil. Ancaq birliyin hərbi, siyasi və iqtisadi müstəvidə inkişaf edib güclənməsini də istəmir. Daha dəqiqi, Kreml türk birliyinin Qərblə arasında bufer zona olmasını istəsə də, bunun gələcəkdə ona qarşı alternativ təhlükə olmasından ehtiyat edir. Bu mənada Özbəkistanda baş verən prosesləri Rusiya KTMT və Türkiyə TDƏŞ arasında ilk real sürtüşmə kimi də qiymətləndirmək olar.
Üçüncüsü, Rusiya NATO üzvü Türkiyənin Mərkəzi Asiyaya nüfuz etmə ehtimallarını ABŞ və Qərbin özünün “arxa baxçasına” soxulması kimi başa düşür. Buna görə də maksimum dərəcədə ənənəvi və imperialist xarakterli “parçala, hökmranlıq et" ssenarisini işə salır.
Turan RZAYEV
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Bu gün, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Bu gün, 07:48
İrana hücum səbəbindən 10-dan çox aviareys Bakıya enib
Bu gün, 07:23
İsrail İranı vurmağa başlayıb
Dünən, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
Dünən, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
Dünən, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Dünən, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır