09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
İki böyük güc hədəfə çevrilib
Tarix: 04-07-2022 14:44 | Bölmə: Slayd
İki böyük güc hədəfə çevrilib

NATO sammitinin iştirakçıları ilk dəfə Çinin dünya düzəninə yaratdığı təhlükəni bəyan ediblər. Alyansın səma imperiyası ilə əlaqələrinin necə inkişaf etdiyini, ABŞ və Rusiyanın bunda hansı rol oynadığı böyük əhəmiyyətə malikdir.

Reyting.az
xatırladır ki, iyunun 29-30-da Madriddə keçirilən NATO sammitində 30 iştirakçı ölkənin lideri Alyansın yeni strateji konsepsiyasını təsdiqləyiblər və bu konsepsiyada Rusiya “müttəfiqlərin təhlükəsizliyinə ən ciddi və birbaşa təhdid” elan edilib. Avro-Atlantik regionda sülh və sabitlik baxımından fəaliyyətin daha da yaxınlaşdırılması qərara alınıb.

Alyansın Rusiyanı təhdid sayması və düşmən kimi qəbul etməsi ilk dəfədir baş verir. NATO-nun Rusiyanı əsas qlobal təhlükə kimi tanımaq qərarının nəyi dəyişəcəyi gələcəyin işidir.

Əvvəlkindən fərqli olaraq, tərəfdaşlar ilk dəfə Çindən də bəhs edir və onun “müttəfiqlərin təhlükəsizliyinə, maraqlarına və dəyərlərinə çağırışlar yaratdığını” qeyd edirlər. Bu ifadə, eləcə də Yeni Zelandiya, Avstraliya, Cənubi Koreya və Yaponiyanın Alyansa üzv olmadığı halda Asiya-Sakit okean regionu ölkələrinin liderlərinin birgə iştiraka çağırır. Beləcə, ilk dəfə NATO eyni zamanda NATO-Çin münasibətlərində baş verən dəyişikliklərə şahidlik edib.

NATO ilə Çin arasında diplomatik yaxınlaşmanın tarixi 2002-ci ildə Çin səfirinin Alyansın qərargahına ilk rəsmi səfərindən başlayıb. Bir neçə il sonra NATO və Çin donanmaları Ədən körfəzində dəniz quldurlarına qarşı mübarizə aparmaq üçün birləşib və hər iki tərəfin yüksək səviyyəli rəsmiləri və hərbi komandirləri bir-birlərinə arabir səfərlər etməyə başlayıblar.

2010-cu ildən 2014-cü ilə qədər Çin diplomatları və hərbçiləri Almaniyadakı NATO məktəbində silahlara nəzarət və təlim kursları üzrə bir sıra illik NATO konfranslarında iştirak ediblər. 2018-ci ildə Alyansın hərbçiləri ilə Çin arasında danışıqlar bərpa olunub, lakin gələn il Londonda keçirilən görüşdə blokun tarixində ilk dəfə olaraq NATO liderləri baş katibi Yens Stoltenberqin dediyi ilə həmrəy olublar - “Çinin rolunun artmasına səbəb olacaq təhlükəsizlik nəticələrinə diqqət yetirmək lazımdır”.

Avropa İttifaqı tərəfindən də Çinə münasibət soyuqlaşıb. Orada Pekinə getdikcə daha çox təhlükə yaratmayan ticarət tərəfdaşı kimi deyil, texnoloji rəqib və təhlükəsizlik problemi kimi baxılır. Buna həm Çinin texnoloji və hərbi qüdrətinin artması, həm də ölkə daxilində narazılığı yatırtmaq siyasəti kömək edir. Avropalılar həmçinin Çinin Avropada təsirinin artması və Pekinin irimiqyaslı infrastruktur layihələrinə sərmayə qoymasından narahatdır.

Bununla belə, bəzi müşahidəçilər və Aİ-yə üzv ölkələrin nümayəndələri xəbərdarlıq ediblər ki, Çinə qarşı həddindən artıq sərt mövqe onu düşmənə çevirə bilər. Digərləri isə vurğulayıblar ki, Səma İmperiyası Şimali Atlantika Alyansının maraqlar zonasına aid deyil.

Fransa prezidenti Emmanuel Makron 2021-ci ilin iyununda NATO sammitində “Çin Şimali Atlantikada deyil” bəyanatını səsləndirib.

Həmin ilin payızında Çin Asiyadan uzaq durmaq üçün Alyansa üstüörtülü tövsiyə göndərib. Həmin vaxt Çinin xarici işlər naziri Vanq Yi baş katib Stoltenberqlə söhbətində deyib: NATO öz ilkin coğrafi mövqeyinə sadiq qalmalıdır.




Bölməyə aid digər xəbərlər