09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Laçın dəhlizinə alternativ yola Azərbaycan nəzarət edəcək
Tarix: 05-07-2022 10:28 | Bölmə: Slayd
Laçın dəhlizinə alternativ yola Azərbaycan nəzarət edəcək

“Laçın dəhlizinə alternativ yol Gorusdan gələn yola qoşulacaq, Laçının dağlıq hissəsindən keçəcək, səhv etmirənsə, Şuşa və Xankəndi arasında köhnə yola bitişərək, Xankəndi şəhərinə keçəcək. Praktiki olaraq bu yolun üzərində yaşayış məntəqələri olmayacaq. Bununla da Laçın şəhəri və bir neçə kənd Azərbaycanın nəzarətinə keçəcək. Zəngəzur dəhlizi də açılsa, lap yaxşı olar. Yəni Laçın dəhlizinə alternativ yolla yanaşı Zəngəzur dəhlizi də işləsə, bu, çox yaxşıdır. Çünki biz ermənilərə yol verdiyimiz kimi, onlar da bizə yol verməlidir”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

A. İsazadə əlavə edib ki, yeni yola nəzarət də qurulmalıdır:

“Mən ehtimal edirəm ki, Laçının üst tərəfindən - dağlıq hissəsindən keçən yolu istənilən vaxta bağlamaq imkanımız daha asan olacaq. Əvvəla, bu yol sülhməramlıların nəzarət zonasından kənardadır. Biz bu yolu sülhməramlılara təhvil verəcəyik, onlar da köhnə yolu bizim nəzarətimizə qaytaracaqlar. Əslində tərəflərdən heç biri cığallıq etməsə yeni yolda hər tərəfdən sərhədçi dayana bilər. Sənədlər yoxlanıla və kənar adamlar ölkə ərazisinə buraxılmaya bilər. Yəni gömrük və sərhəd xidmətinin qurulması imkan verər ki, insanlar müvəqqəti mərhələ üçün buna öyrəşsin. Bununla imkan əldə edərik ki, yoldan kimlərin gedib-gəldiyini bilək. Üstəlik, silah-sursat keçirilməsinə imkan verməyək. Yeni yolun fəaliyyətə başlaması ilə yəqin ki, bütün bunlara da aydınlıq gətiriləcək”.

A. İsazadə qeyd edib ki, yeni yol coğrafi baxımdan Azərbaycanın nəzarətində olacaq:

“Mənim ehtimalıma görə, yeni yolu Azərbaycan elə tikib ki, ətrafındakı yüksəkliklər bizim nəzarətimizdədir. Mən məsələyə məntiqlə yanaşıram. Məsələ mənlik olsaydı yolu elə çəkərdim ki, yüksəkliklər bizim nəzarətimizdə olsun və istədiyimiz vaxt bu yolu bağlamaq mümkünləşsin”.

Reyting.az





Bölməyə aid digər xəbərlər