09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Ordumuzun mövqeləri yenidən atəşə tutulub
Tarix: 06-07-2022 10:09 | Bölmə: Slayd
Ordumuzun mövqeləri yenidən atəşə tutulub

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Reyting.az-a Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.




Bölməyə aid digər xəbərlər