09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Avropada böhran gözlənildiyindən tez başlayıb
Tarix: 06-07-2022 11:13 | Bölmə: Slayd
Avropada böhran gözlənildiyindən tez başlayıb

Rusiyaya qarşı sanksiyalardan sonra enerji qiymətlərinin artması Avropada müəyyən gərginlik yaratsa da, Norveçdə energetika işçilərinin başlatdığı tətil böhranı daha da dərinləşdirib. İşçilərin tətil qərarından sonra qazın qiyməti təxminən 7 faiz artıb. Böhrandan ən çox zərər çəkən Almaniyanın Saksoniya əyalətində isti suya məhdudiyyət qoyulub.

Reyting.az
xəbər verir ki, qış fəslində gözlənilən qaz böhranı, Ukraynaya qarşı müharibədən sonra rəsmi Moskvaya sanksiyalar tətbiq edən və Rusiya neftinə arxa çevirən Avropada daha erkən başlayıb.

Rusiyaya tətbiq edilən sanksiyalardan sonra dünyada enerji qiymətlərinin artması ilə başlayan böhran, qitənin ən böyük yanacaq istehsalçısı olan Norveçdə problemi daha da dərinləşdirib.

Norveçdə energetika işçilərinin əksəriyyətini təmsil edən həmkarlar ittifaqları əmək haqları ilə bağlı razılığa gələ bilmədiklərindən, tətil qərarı qüvvədə qalıb. Bu gün üç dəniz zonasında başlayan tətildə həll yolu tapılmasa, sabah daha üç sahədə işlər dayandırılacaq.

Qeyd edək ki, enerji sektorunun işçiləri tətilə başlayacaqlarını elan etdikdən sonra Avropada qazın qiyməti təxminən 7 faiz artaraq 157 avroya yüksəlib.

Norveç Neft və Qaz Assosiasiyası bu gün başlayan tətilin ölkənin qaz hasilatını təxminən 13 faiz (130 min barel itki) azaldacağını gözləyir. Azalmanın təsiri bütün Avropada hiss olunacaq, çünki hazırda Norveç Avropa İttifaqı və Böyük Britaniyanın qaz tələbatının 25 faizini ödəyir.

Norveç hökuməti tətili yaxından izlədiyini və xüsusi hallar yaranarsa, tətili dayandıra biləcəyini iddia edib.

Norveçdə tətil Rusiyanın enerji nəhəngi “Qazprom”un ötən ayla müqayisədə “Şimal axını-1” boru kəməri ilə Almaniyaya qaz axınını 60 faiz azaltdığı bir vaxta təsadüf edib. “Qazprom” kəsimlərin səbəbinin təmir üçün Kanadaya göndərilən avadanlıqların olduğunu desə də, vəziyyətin Rusiyaya qarşı davam edən müharibə və sanksiyalarla bağlı olduğu məlumdur.

Berlin Rusiyanın avadanlıq çatışmazlığını əsas gətirərək qaz axınını məhdudlaşdırmasından sonra Norveçdə başlayan tətillə vəziyyətin daha da pisləşəcəyindən narahatdır. Almaniyanın İqtisadiyyat naziri Robert Habeck ölkəsinin qaz böhranı ilə üzləşdiyini etiraf edib və bunu ötən həftə təbii qaz tədarükü üçün üç mərhələli fövqəladə planının ikinci mərhələsini işə saldığını bildirib. Ölkənin fövqəladə hallar planına əsasən, sənaye tədarükün kəsilməsinə görə birinci yerdə olacaq. Lakin biznes liderləri və həmkarlar ittifaqları bu addımın iqtisadiyyata ziyan vura biləcəyini deyirlər.

Almaniyada insanları daha çox narahat edən ilk xəbər Saksoniya əyalətindən gəlib. Məmurlar ştatda 600 mənzilli binada isti suyun istifadəsini məhdudlaşdırıb. Açıqlamada insanların artıq yalnız müəyyən saatlarda isti sudan istifadə edəcəyi bildirilib və prosesin sentyabr ayına qədər davamlı olacağı vurğulanıb.

İsti suya məhdudiyyət hələlik kiçik bir ərazidə olsa da, insanlar bu qərarın daha geniş əraziləri əhatə edəcəyindən narahatdır. Təbii qaz qıtlığı artacağı təqdirdə eyni məhdudiyyətin Hamburq əyalətində də tətbiq ediləcəyi bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər