09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Putin daha bir qorxunc planını reallaşdırır
Tarix: 06-07-2022 15:20 | Bölmə: Slayd
Putin daha bir qorxunc planını reallaşdırır

Rusiya hakimiyyəti məhbusları Ukrayna ilə müharibəyə göndərməyi planlaşdırır. Məlumata görə, Rusiya hökumətinin məhbuslara şirnikləndirici təklifi onların yaxınlarını ciddi şəkildə narahat edib.

Reyting.az
xəbər verir ki, artıq 5-ci aydır davam edən müharibədə hər iki tərəf itkilərini kompensasiya etməyə çalışır. Ukrayna cəbhəsində döyüşən əsgərlər silah və sursatlarının azaldığını desələr də, Rusiyada ciddi kadr çatışmazlığı yaranıb.

Britaniyanın “Daily Mail” qəzetinin iddiasına görə, Rusiya prezidenti Vladimir Putin kadr probleminə həll yolu tapmaq üçün fövqəladə qərar verib. Qəzetin “Istories” müstəqil media təşkilatına istinadla verdiyi məlumatda bildirilir ki, Rusiya Ukraynada döyüşə məhbusları cəlb etməyə başlayıb. Bildirilir ki, əməliyyatı Putinlə əlaqəsi olduğu bilinən “Vaqner” qruplaşması həyata keçirir. Məhbusların “Ukraynada nasistləri ovlamaq üçün” muzdla alındıqları deyilir.

İşə götürülən hər məhbusa aylıq 3 min dollar maaş verildiyi, 6 aydan sonra sağ-salamat qayıtdıqları təqdirdə cəzalarının ləğv ediləcəyi açıqlanıb.

Artıq Yablonevka, Obuxovo və Fornosovo həbsxanalarından işə qəbul başlayıb. Məhbuslardan birinin qohumu “Daily Mail”ə deyib ki, müstəntiqlər cümə günü axşam saatlarında Yablonevkaya gəliblər. Onlar məhkumlardan vətənin müdafiəsini xahiş ediblər.

Qəzetə danışan məhbus qohumu deyib:

“Məhkumlara deyilib ki, nasistləri tapmaq asan deyil, ona görə də hamı geri qayıda bilməyəcək. Hakimiyyət bəyan edib ki, gedənlərin yalnız 20 faizinin geri dönməsini gözləyirlər. Sağ qalan məhbuslar əfv olunacaq və 200 min rubl pul ödənəcək. Ölənlərin ailələrinə də 5 milyon rubl təzminat vəd edilib. Amma bütün bu razılaşmalar yalnız şifahi olacaq və heç vaxt kağıza yazılmayacaq”.

Adı açıqlanmayan bir mənbə həbsxanalardan 200 nəfərin qeydiyyatdan keçmək istədiyini, lakin 40 nəfərin işə götürüldüyünü və məhbusların yalan detektoru ilə sınaqdan keçirildiyini bildirib.

Planlamada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əli olduğu iddia edilir. Qərb mediası isə gözlənilməz addımın Putinin çarəsizliyi ilə bağlı olduğunu yazıb.

Məlumata görə, Rusiyada ilkin olaraq işə qəbul kampaniyası yalnız əvvəllər hərbi xidmətdə olanlar üçün nəzərdə tutulub. Lakin ağır itkilərlə davam edən müharibənin 5-ci ayında ordunun qapıları hətta əsirlərin üzünə də açılır.

Bu xəbər məhbusların ailələri tərəfindən birmənalı qarşılanmayıb. “Vaqner”lə döyüşmək üçün seçilən məhbusun qohumu deyib ki, yaxınından altı aya evə qayıdacağı vədi ilə razılıq alıblar və etdiyi cinayəti siliblər.

“Məhkumların ailələri dəhşətə gəliblər. Onların çoxunun arvadı, uşaqları var. Məhkumların vəziyyəti onlara düzgün seçim etməyə imkan vermir”,- Gulagu.net hüquq-müdafiə qrupu bidirib.




Bölməyə aid digər xəbərlər