09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Tofiq Zülfüqarov: “Zəngəzur dəhlizinin açılmasına mane olurlarsa, Laçın dəhlizi bağlanmalıdır”
Tarix: 06-07-2022 16:57 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Zəngəzur dəhlizinin açılmasına mane olurlarsa, Laçın dəhlizi bağlanmalıdır”

“Laçın şəhəri və ətraf kəndlər Azərbaycana qaytarılacaq. Başqa cür ola da bilməz. O başqa məsələdir ki, necə veriləcək. Ermənilərin “ənənəsi” budur ki, onun olmayanı dağıtsın. Əslində son ilyarım ərzində baş verənlər göstərir ki, onlar müharibədən sonra zərbəni düzgün şəkildə qavramayıblar. Düşünürlər ki, bu dəfə uduzmuşuq, növbəti dəfə udacağıq. Bu baxımdan onların milli xüsusiyyətindən bölgədən kanardakı qüvvələr də istifadə edirlər”.

Bunu Reyting.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

T. Zülfüqarovun qənaətincə, ermənilərdən təkcə Rusiya deyil, digər qüvvələr də maksimum istifadə edirlər: “Mən Qərb ölkələrini nəzərdə tuturam. Məsələn, orada-burada fikirlər səslənir ki, status olmalıdır və s. Bu, elə ermənilərdən alət kimi istifadəni nəzərdə tutur. Bu baxımdan ermənilərin hərəkətləri, xüsusiyyətləri kənar oyunçuların maraqlarına uyğundur. Təəssüflər olsun, bizim elə qonşumuz var ki, nə özü yaşayır, nə də bizə normal yaşamaq imkanı verir”.

Sabiq nazir bildirib ki, indi Azərbaycan dəhlizin bağlanmasını tələb edir: “Bu qanunauyğundur. Niyə? Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olursa, bunu istəmirsə, Laçından və gələcəkdə şəhərdən yan keçəcək dəhliz bağlanmalıdır. Əlbəttə, biz öhdəlik götürmüşük və bu dəhlizdən gediş-gəliş 5 il müddətinə rus sülhməramlıların nəzarətində olacaq. Amma sərhəd və gömrük funksiyaları birmənalı olaraq Azərbaycanın nəzarətinə keçməlidir. Hesab edirəm ki, bunun üçün gələcəyi - yeni yolun işə düşməsini gözləməyə ehtiyac yoxdur. İşə elə indidən başlamaq olar. Yoxsa, nə qədər ki, bu gediş-gəlişlər nəzarət altında deyil, oyunlar davam edəcək”.

T. Zülfüqarov hesab edir ki, ermənilərin bu özbaşınalığına birdəfəlik son qoymaq lazımdır və perspektiv buna doğru gedir.

Reyting.az




Bölməyə aid digər xəbərlər