09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Professor: “Ukraynaya silah göndərən ölkələrdə müəyyən narahatlıqlar var”
Tarix: 07-07-2022 12:42 | Bölmə: Slayd
Professor: “Ukraynaya silah göndərən ölkələrdə müəyyən narahatlıqlar var”

“Əgər Ukraynaya silah-sursat vaxtında çatdırılacaqsa, zənnimcə, sentyabrdan Rusiya ilə danışıqlara başlanılacaq. Yox, əgər bu baş verməsə, indi müşahidə olunan formada müharibə davam edəcək. Yəni bəzi yerlərdə ruslar, bəzi ərazilərdə Ukrayna ordusu uğur qazanacaq”.

Bu sözləri Reyting.az-a Ukrayna müharibəsinin hazırkı mərhələsini şərh edən professor Əli Abbasov deyib.

Ukraynaya Qərb silahlarının ləng gətirilməsi məsələsinə toxunan Ə. Abbasov bildirib ki, buna adi hal kimi baxmaq doğru deyil. Onun sözlərinə görə, silahların bir ölkədən digərinə göndərilməsi mürəkkəb prosedurlardan keçməyi tələb edir:

“Ukraynaya silah-sursat pul müqabilində göndərilmir. Belə olduqda silah göndərən ölkənin parlamentində bu məsələ müzakirə olunur, daha sonra qərar verilir. Üstəlik, silahlar yüklənir, bir neçə gömrük məntəqəsindən və ayrı-ayrı ölkələrin ərazisindən keçir. Bütün bunlar sözsüz ki, vaxt alır, gec başa gəlir.

İkinci və daha vacib məqam budur ki, Ukraynaya dəqiq vuran modern silah göndərən ölkələrin özündə də müəyyən narahatlıqlar var. Bu narahatlıq haradan qaynaqlanır? Dəqiq silahları göndərəndə ruslar onu məhv etməyə çalışırlar. Ukrayna tərəfi açıqlamasa da, iki dəfə ölkəyə gətirilən silah-sursat vurulub. Həmçinin Donetskdə neft və silah anbarlarını vurublar. Hər halda indi tərəflərdən birinin 100 faiz məğlub olması, digər tərəfin isə qalib gəlməsi mümkün görünmür”.

Ə. Abbasov əlavə edib ki, müharibənin taleyini silah və sursat həll edəcək: “İndi Ukrayna ordusu belə silahlar gözləyir. Əlbəttə, Rusiyanın potensialı, insan resursu daha çoxdur. Hazırda bunun hesabına müəyyən qədər irəliləyə bilib. Hesab edirəm ki, bu irəliləyişi yalnız müasir silahlar dayandıra bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər