09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Çinə qarşı sanksiyaların müddəti uzadılıb
Tarix: 12-07-2022 09:10 | Bölmə: Slayd
Çinə qarşı sanksiyaların müddəti uzadılıb

Honqkonqdakı vəziyyətlə əlaqədar ABŞ-ın Çinə tətbiq etdiyi sanksiyaların müddəti daha bir il uzadılıb.

Reyting.az
xəbər verir ki, ABŞ prezidenti Cozef Baydenin bu qərarı ilə bağlı bəyanatı Ağ Ev yayıb.

C. Baydenin adından yayılan bəyanatda deyilir ki, Honqkonqdakı vəziyyət, o cümlədən Çinin Honqkonqun muxtariyyətini pozmaq üçün atdığı son addımlar ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün həddindən artıq təhlükə yaratmaqda davam edir: “Bu səbəbdən 14 iyul 2020-ci ildə elan edilmiş milli fövqəladə rejim 14 iyul 2022-ci il tarixindən sonra da davam etməlidir. Honqkonqdakı vəziyyətlə əlaqədar milli fövqəladə rejimin müddətini bir il müddətinə uzadıram”.





Bölməyə aid digər xəbərlər