09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Türkiyə XİN: Osmanlıda ermənilərin 29 paşası, 33 deputatı, 7 səfiri, onlarla naziri olub
Tarix: 12-07-2022 16:02 | Bölmə: Slayd
Türkiyə XİN: Osmanlıda ermənilərin 29 paşası, 33 deputatı, 7 səfiri, onlarla naziri olub

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün başlayan proses davam edir. Ötən gün Türkiyə prezidenti Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyanın telefon danışığı bu baxmdan əhəmiyyətlidir.

Reyting.az
xəbər verir ki, bu telefon danışığından sonra Türkiyə Xarici İşlər Nazirliyinin saytında 1915-ci ildə deportasiyadan tutmuş soyqırım iddialarına qədər Ermənistanla münasibətlərə geniş yer ayrılıb.

Türkiyə XİN iddialara cavab verib. Ermənistanla bağlı bölmədə aşağıdakı ifadələr ümumiləşdirilib. Bildirilir ki, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq iradəsi Türkiyənin Cənubi Qafqaz ölkələri arasında yaxşı münasibətlərə və əməkdaşlığa dair geniş baxışının bir hissəsidir:

- 1915-ci ildə türklərlə ermənilər arasında baş verənləri dəqiq anlamaq istəyən hər kəs 1915-ci ildən əvvəl baş verənləri araşdırmalıdır. Türklər və ermənilər səkkiz əsrdən artıq Anadoluda dinc yaşayıblar. Ermənilər Osmanlı cəmiyyətinə uyğunlaşmaqdakı uğurlarınına görə 19-cu əsrə qədər Millət-i Sadıka adlandırılıb.

- 1915-ci il aprelin 11-də Sarıqamış əməliyyatının uğursuzluğa düçar olmasından sonra Van erməniləri bu bölgədə türkləri qıraraq ümumi üsyana başlayıblar ki, bu da ermənilərin Vanda ikinci üsyanı olmaqla yanaşı şəhərin ruslar tərəfindən işğalı ilə nəticələnib. Nəticədə Osmanlı hökuməti 1915-ci il mayın 27-də Deportasiya Qanunu qəbul edib və hərbi-strateji cəhətdən əhəmiyyətli ərazilərdə yaşayan ermənilər döyüş bölgəsindən uzaq olan digər bölgələrə köçürülüb.

Hərb tarixi ekspertləri bildirirlər ki, Osmanlı hökuməti hərbi tələblər və separatçı hərəkatların yaratdığı təhdidlər səbəbindən 27 may 1915-ci il tarixli Sürgün Qanununu qəbul etmək məcburiyyətində qalıb.

- Lazımi hazırlıqlar görüləndən sonra ermənilərin deportasiyası başlanıb. Bu arada, hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yaşayan ermənilər sözügedən deportasiyanın əhatə dairəsinə daxil edilməyib. Belə ki, İstanbul, Kütahya və Aydın kimi şəhərlərdə yaşayan ermənilər Köçürmə Qanunundan təsirlənməyiblər. Ona görə də Osmanlı hökumətinin verdiyi qərar heç bir ideologiyanın davamı deyil.

- Bütün bu tədbirlərə baxmayaraq, müharibə şəraiti, yerli quldur dəstələri, talançılıq, yerli nifrət və qisas hissi kimi amillər köçürülən erməni konvoylarına hücumlara səbəb oldu. Osmanlı hökuməti belə hadisələrin qarşısını almaq üçün səy göstərib və əslində dövlət hakimiyyətinin nisbətən daha çox olduğu bölgələrdə erməni karvanlarına qarşı hücumlar çox məhdud olub.

Müharibə şəraitində qida və digər həyati vacib materialların kifayət qədər olmaması, çətin iqlim şəraiti və tif kimi epidemik xəstəliklərin yayılması da insan itkisini artırıb. Əslində sözügedən proses bütün Anadolu xalqlarının eyni taleyi paylaşdığı bir dövr idi və Birinci Dünya Müharibəsi zamanı Anadoluda əksəriyyəti mülki müsəlman olan 3 milyon insan həyatını itirdi. Bundan başqa, 1914-1922-ci illərdə erməni quldur dəstələrinin əli ilə həlak olanların sayı 524 min nəfərə yaxınlaşıb.

- 1914-cü ildə edilən son Osmanlı siyahıyalma məlumatlarına görə, Osmanlı torpaqlarında yaşayan ümumi erməni əhalisi 1 milyon 295 min nəfər idi. Hərbi zərurət çərçivəsində müvəqqəti deportasiya edilən ermənilərin ümumi sayının 702,9 min nəfər olduğu təxmin edilir. Deportasiya edilən ermənilərin hamısının kütləvi şəkildə qətlə yetirildiyi və məhv edildiyi iddiaları həqiqətdən uzaqdır, tarixi faktlarla, qərəzsizliklə bir araya sığmır.

İkinci Dünya Müharibəsindən dərhal sonra erməni diasporunun radikal ünsürləri deportasiya edilən ermənilər arasında həyatını itirən ermənilərin sayının 600 min, sonra bu rəqəmin 800 min, daha sonra isə 1,5-2 milyona çatdığını iddia etməyə başladılar. Tələt paşa İttihad və Tərəqqi Komitəsinin 1918-ci il noyabrın 1-də keçirilən son toplantısındakı çıxışında ölən ermənilərin ümumi sayının 300.000 civarında olduğunu bildirib. Erməni istiqlal hərəkatının aparıcı simalarından olan Boqos Nübar Paşa 1918-ci ildə Paris Sülh Konfransındakı çıxışında Birinci Dünya Müharibəsindən sonra ölkədə 280 min erməninin qaldığını, 700 min erməninin isə başqa ölkələrə getdiyini bildirib. Sözügedən məlumatlar Birinci Dünya Müharibəsi zamanı 300.000-ə yaxın erməninin həyatını itirdiyi qiymətləndirməsi ilə üst-üstə düşür.

“1915-ci il hadisələri ilə bağlı türk və erməni xalqlarının xatirələri arasında fikir ayrılığı var”,- deyildiyi bəyanatda, Türkiyənin öz xatirələrini başqalarına sırımaq fikrinin olmadığı kimi, heç bir tərəfin də öz yaddaşını Türkiyəyə sırımağa haqqı olmadığı diqqətə çatdırılır.

Türkiyə Cümhuriyyətinin 1915-ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılması fikrini dəstəklədiyi, inkişaf etmiş kataloq və arxiv qeyd sisteminə malik olan Dövlət Arxivləri Rəhbərliyində araşdırma aparmaq istəyənlərin proseduru və ərizə sənədlərini statearsivleri.gov.tr ünvanına göndərə biləcəyi qeyd olunur.

Xarici İşlər Nazirliyi Osmanlı dövründə 29 erməninin “paşa” kimi ən yüksək inzibati vəzifələr tutduğunu bəyan etməklə yanaşı digər məlumatlar da paylaşıb:

22 erməni Xarici İşlər, Maliyyə, Ticarət, İctimai İşlər, Poçt və Teleqraf nazirliklərində çalışıb (məsələn, erməni əsilli Qabriel Noradunkyan 1912-1913-cü illərdə xarici işlər naziri vəzifəsində işləyib);

bir çox ermənilər kənd təsərrüfatı, siyahıyaalma və iqtisadi inkişaf da daxil olmaqla müxtəlif funksiyaları olan inzibati vahidlərə rəhbərlik ediblər.

1876-cı ildən sonra Osmanlı parlamentinə 33 erməni deputat seçilib.

Osmanlı diplomatik təşkilatında 7 erməni səfiri və 11 konsul olub.

Erməni əsilli 11 universitet müəllimi Osmanlı akademik həyatına dəyərli töhfələr verib.




Bölməyə aid digər xəbərlər