09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Avropa Putinin tələbi ilə razılaşıb - Foto
Tarix: 14-07-2022 23:38 | Bölmə: Slayd
Avropa Putinin tələbi ilə razılaşıb

Rusiyaya qarşı sanksiya qərarından sonra Litva Kremlin hədəfinə çevrilsə də, Avropa Birliyinin (AB) geri çəkilməsi ilə problem həll olunub.

Reyting.az
xəbər verir ki, AB-nin geri addım atması bu gün Qərb mediasında reaksiyalara səbəb olub və “Avropa Putinə boyun əydi” formasında təqdim edilib.

Xatırladaq ki, həm Avropa İttifaqının (Aİ), həm də NATO-nun üzvü olan Litva bu yaxınlarda Kalininqrada dəmir yolu ilə daşınan bəzi mallara sanksiyalar tətbiq etmişdi. Litva və Polşa arasında yerləşən, Rusiya ilə quru əlaqəsi olmayan Kalininqrad şəhəri bu baxımdan Rusiya üçün kritik əhəmiyyət kəsb edir. Rusiya AB-nin bir-birinin ardınca tətbiq etdiyi sanksiyalardan sonra dəmir yolu ilə kömür, tikinti materialları və qabaqcıl texnologiya məhsulları kimi bir çox mallar nəql edirdi.



Kalininqradın Rusiya üçün başqa bir əhəmiyyəti Rusiyanın Baltik Dəniz Donanmasının və rus qoşunlarının “İsgəndər” tipli ballistik raket sisteminin bölgədə yerləşməsidir.

Ukraynaya hücum zamanı Rusiya ilə hava nəqliyyatı kəsilən Kalininqrada tətbiq edilən dəmir yolu sanksiyası Moskvanın sərt reaksiyasına səbəb olub. Moskvadan bir-birinin ardınca təhdidlər səsləndirilib. Litvanın Rusiya mallarının Kalininqrada daşınmasını qadağan edən qərarını “gözlənilməz və qeyri-qanuni blokada” kimi xarakterizə edən Moskva Vilnüs administrasiyasına etiraz notası verib və AB-nin Moskvadakı səfiri Markus Ederer Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Digər tərəfdən, Kreml bəyan edib ki, bu qərardan vaz keçilməsə, Rusiya maraqlarını qorumaq üçün lazımi addımlar atacaq.

Bütün bu gərginlik fonunda dünən Avropa Komissiyası Rusiya ilə Kalininqrad xarici regionu arasında sanksiyaya məruz qalmış malların daşınmasının idarə edilməsinə dair təlimatlarını yeniləyərək təəccüblü bir addım atıb. Yenilənməyə əsasən, Rusiya mülki təyinatlı malları Litva üzərindən dəmir yolu ilə daşıya biləcək.

Qərar Moskvada müsbət qarşılanarkən, Qərb mətbuatı yazır ki, bu, Rusiya ilə Litva arasında gərginliyi azaltmaq üçündür.

Britaniyanın “Daily mail” qəzeti hadisəni “AB Putinin tələblərinə boyun əydi və Litvaya geri addım atmasını söylədi” kimi xarakterizə edib. “Financial Times” isə “Brüssel gərginliyi azaltmaq üçün hərəkətə keçdi” başlığını seçib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price “Ukraynadakı müharibə səbəbiylə müttəfiqlərimizin və tərəfdaşlarımızın Rusiyaya qarşı əməkdaşlığını təqdir edirik. AB-nin Kalininqradla bağlı sanksiyaların necə həyata keçiriləcəyinə aydınlıq gətirməsini məmnuniyyətlə qarşılayırıq”, - deyib.




Bölməyə aid digər xəbərlər