07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Deputat: “Yaxın dövrdə Brüssel formatında hər hansı görüş gözləmirəm”
Tarix: 20-01-2023 15:09 | Bölmə: Slayd
Deputat: “Yaxın dövrdə Brüssel formatında hər hansı görüş gözləmirəm”
Rasim Musabəyov

“Ermənistan baş naziri Nikol Paşinyanın sülh danışıqlarını davam etdirməklə bağlı fikrini ciddiyə almıram. O, daima ziddiyyətli bəyanatlar verir. Ancaq nəzərə alsaq ki, Paşinyan Praqa görüşündən danışır və bunu davam etdirməyə hazır olduğunu deyir, deməli, Fransa prezidenti Emmanuel Makronun da orada iştirakını nəzərdə tutur. Buna bizim münasibətimiz aydındır”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov əlavə edib ki, Avropa Parlamentinin son qərarı Brüsselin vasitəçiliyini faktiki sıfırlayır.

Onun sözlərinə görə, Avropa Parlamenti yalnız qətnamə qəbul etməyib, eyni zamanda Avropa İttifaqının xarici siyasətinin bu cür olmasını istəyir:

“Deməli, Avropa Birliyinin prezidenti Şarl Mişel danışıqlarda bu sənədə də istinad etməlidir. Bu isə mümkün deyil. Düşünürəm ki, Avropa Parlamentinin qəbul etdiyi məlum sənəd Brüssel formatını əngəlləyir. Gələcəkdə necə olacağını deyə bilmərəm, indi belədir. Yəni Avropa Birliyinin Brüssel formatında yaxın dövrdə hər hansı görüşün keçiriləcəyini gözləmirəm”.

R. Musabəyov qeyd edib ki, bu halda ortada iki vasitəçi qalır - Rusiya və Amerika. Amma bu iki tərəfin də mövqeyi hələlik açıqlamayıb: “Aydındır ki, üçtərəfli saziş qüvvədədir, Rusiya da bu sənədə imza atan tərəfdir. Digər halda, Rusiya həm də sahədə mövcuddur. Bu səbəbdən onu gözardı etmək, proseslərdən kənarlaşdırmaq mümkün deyil. Hazırda onun başı daha çox Ukrayna müharibəsinə qarışıb.

İkinci vasitəçi isə Amerikadır. Məncə, gözləntilər daha çox bu iki ünvandan ola bilər. Azərbaycanın mövqeyi və siyasəti isə bəllidir. İstənilən danışıqlarda ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Başqa cür də mümkün deyil”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}