17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:51 / 24-06-2025
“Qiyamət planı” üzə çıxıb - Fotolar
12:39 / 24-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:32 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
12:28 / 24-06-2025
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
12:04 / 24-06-2025
Daha bir yaşayış məntəqəsi işğal edilib - Foto
11:47 / 24-06-2025
İsrail hava məkanını uçuşlar üçün açıb
11:45 / 24-06-2025
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
11:41 / 24-06-2025
Moskva vilayətinə hücum olub - Foto
11:36 / 24-06-2025
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
11:31 / 24-06-2025
İsrail daha bir iranlı nüvə alimini öldürüb
11:30 / 24-06-2025
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
11:20 / 24-06-2025
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilə bilər - Ekspertlər
Tarix: 08-09-2018 23:58 | Bölmə: Slayd

Hakimiyyət müəyyən dairələrlə gizli danışıqlar aparır; İqtidar əleydarları isə qanunverici orqanda təmsil olunmaq istəyir
Son illər ölkəmizin ictimai-siyasi həyatında süstlük müşahidə olunur. Hətta iş o yerə çatıb ki, artıq prezident və parlament seçkiləri də ictimiyyətdə siyasi aktivlik yarada bilmir. Prezident seçkiləri arxada qalıb, qarşıdan isə siyasi aktivliyin gözlənildiyi dönəm gəlir. Bu səbəbdən də erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr başlayıb.
Məlum olduğu kimi, Azərbaycanda 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla ölkə Konstitusiyasında dəyişiklik edildi. Bu dəyişikliklə prezidentə növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Məhz elə bu səbəbdən də 11 Aprel 2018-ci il tarixdə ölkədə növbədənkənar prezident seçkiləri keçirildi.
Prezident seçkilərindən sonra cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən, parlament seçkilərinin də vaxtı önə çəkilə bilər. Sözügedən fikri dəstəkləyənlər hesab edir ki, hazırda bunun üçün kifayət qədər əsaslar var.
Belə ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı imzaladığı sərəncama əsasən, 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər vəzifəyə gətirilib. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, millət vəkili, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə "Dövlətqaçqınkom"un sədri vəzifəsinə təyin ediliblər. Bu səbəbdən də Mərkəzi Seçki Komissiyası (MSK) adıçəkilən millət vəkillərinin deputatlıq səlahiyyətlərinə xitam verib.
Nəzərinizə çatdırırıq ki, ölkənin birinci xanımı Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildiyi üçün onun da deputatlıq səlahiyyətlərinə xitam verilib. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmiş Astan Şahverdiyev isə ürəktutmasından dünyasını dəyişib. Bununla da hazırda parlamentdə 6 deputat yeri boşdur. Odur ki, Konstitusiyaya edilmiş dəyişiklikləri, o cümlədən bəzi qüvvələrin ali qanunverici orqanda öz təmsilçilərini görmək arzusunda olduqlarını və yazmaq istəmədiyimiz digər səbəbləri nəzərə aldıqda, o zaman növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkün saymaq olar.

Maraqlıdır ki, REAL Partiyasının sədri, ötən ay həbsdən azad edilmiş İlqar Məmmədov da vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış edib. O bildirib ki, mövcud parlament xalqın maraqlarını təmsil etmir və yeni seçkilər keçirilməlidir:
"Amma seçki bəzi oliqarxların “cibindəki” deputatları başqa oliqarxların “cibindəki” deputatlarla əvəz etməkdən ötrü səhnələnsə, onda heç”.

Siyasi şərhçi Nəsimi Məmmədli isə “Reytinq”ə deyib ki, həqiqətən də növbədənkənar prezident seçkisindən sonra belə tezislər səslənirdi. Onun sözlərinə görə, bu fikirdə olanların əksəriyyəti düşünürdü ki, ölkəni bu böhranlı durumdan çıxarmağın yolu ciddi siyasi islahatlardan keçir:
“Hətta hələ o zaman da hökumətə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışlar edilirdi. Bu gün də belə çağırışlara rast gəlirik. Əgər ölkədə azad və rəqabətli seçki mühiti yoxdursa, heç bir seçkinin cəmiyyət üçün əhəmiyyəti ola bilməz. Ola bilər ki, hansısa ambisiyalı siyasətçi yeni parlamentdə təmsil olunsun. Amma bu, o halda baş tuta bilər ki, həmin şəxs hökumətin müəyyən etdiyi çərçivəni qəbul eləsin. Əks halda Məclisdə təmsilçilik mümkün deyil.
Aydındır ki, ölkəmizdə sosial-siyasi durum getdikcə gərginləşir. Bundan çıxış yolları tapılmalıdır. Məhz Milli Məclisə etimadlı seçkilər də bu yollardan biri ola bilər. Ölkədəki sosial-siyasi durumun analizi göstərir ki, demokratik seçkiyə zərurət var. Lakin, problem ondadır ki, hakimiyyətin seçkiyə yanaşması fərqlidir və demokratik seçki keçirməsi qeyri-mümkündür. Buna inanan siyasətçilər ya ölkə reallığını bilmir, ya da sövdələşmə niyyətləri və siyasi umacaqları var”.
Müsahib deyib ki, ciddi qanunvericilik və siyasi islahatlar olmadan keçiriləcək seçkilər öncəki seçkilərdən heç nə ilə fərqlənməyəcək: “Belə seçkilər cəmiyyətə müsbət heç nə verə bilməz. Bu, sadəcə, cəmiyyətdə növbəti imitasiya üçün bir mövsümi kampaniya olardı. Köklü siyasi islahatlar demokratik açılımın tərkib hissəsidir. Qapalı idarəetmənin hakim olduğu ortamda islahat etmək mümkün deyil.
Bəs islahat nə zaman və hansı halda olur?
Birincisi, ölkənin milli, sosial, iqtisadi maraqları tələb etdikdə,
ikincisi, dövlətin mənafeyi əsas olduqda,
üçüncüsü, cəmiyyətdə sosial əlaqələr sistemi ənənəvi formada davam edə bilmədikdə. Yəni, qarşısıalınmaz ictimai tələbat yarandıqda.
Bu sadaladıqlarımın hər biri azad və ya qismən azad ölkələrə xas olan yanaşmadır. Qeyri-azad ölkələrdə yalnız bir maraq üstündür: Hakimiyyətin spesifik maraq və mənafeləri. Əgər hakimiyyət ənənəvi şəkildə hələ davam edə bilirsə, niyə mövcud konyukturanı dəyişsin ki? Hakimiyyət bir halda yeni Milli Məclis seçkilərinə gedəcək ki, onun spesifik maraqları bunu tələb edəcək. Bu spesifik maraqların isə nə siyasi təşkilatlara, nə müstəqil şəxslərə, nə də cəmiyyətə aidiyyatı var. Odur ki, belə seçkinin keçirilib-keçirilməməsi müxalifət üçün gündəm olmamalıdır”.

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsi mümkündür:
“Referendum keçirildikdən və yeni Konstitusiya maddələri qəbul ediləndən dərhal sonra biz bəyanat vermişdik ki, referendumun nəticələrinə görə mövcud hakimiyyətlə ana qanun arasında ziddiyyət var və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Vaxtı ilə prezident seçkiləri ilə bağlı verdiyimiz bəyanata da qarşı çıxılırdı, amma sonradan həyata keçirildi. Payızda növbədənkənar parlament seçkilərinin keçirilməsi hökümətin də planında var. Bu barədə artıq bəyanatlar da verilib. Bu baxımdan İlqar Məmmədovun ideyası köhnədir. Siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki yeni Konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib”.
ADP sədri hesab edir ki, cəmiyyətdə iqtidara qarşı böyük narazılıq dalğasının olmaması üçün xalqın maraqlarını ifadə edən qüvvələrin, real müxalifətin Milli Məclisdə təmsil olunması vacibdir:
"İndiki parlamentdə belə bir qüvvə yoxdur. Hazırkı deputatların heç biri xalqın maraqlarını müdafiə etmir. Buna görə də, növbədənkənar parlament seçkiləri keçirilməli və narazı elektorat öz təmsilçisini Milli Məclisdə görməlidir.
Baxın, deyirlər ki, seçkinin nəticələrinə görə, mən 3 faiz səs toplamışam. Yaxşı, mən həmin 3 faiz adamın maraqlarını harada ifadə edəcəyəm? Gərək parlamentə gedəm ki, həmin insanların maraqlarını ifadə edə bilim. Odur ki, bu, çox mühüm məsələdir. Əks halda, cəmiyyətdə çox ciddi konfrantasiyalar olacaq, vəziyyət pisləşməyə doğru gedəcək".

AMİP Siyasi Şurasının üzvü Əli Orucov fikirlərini “Reytinq”lə bölüşərkən bildirib ki, bu ilin aprelində keçirilən növbədənkənar prezident seçkilərindən sonra cəmiyyət yenilik və dəyişiklik gözləyirdi. Baş nazir və bir neçə naziri əvəzləməklə bu gözləntilər özünü doğrultmadı.
Onun sözlərinə görə, seçkilərdən təxminən 6 ay keçməsinə baxmayaraq, ölkədəki problemlər nəinki həll edilməyib, əksinə, daha da ağırlaşıb:
“Ölkə həyatının bütün sferalarında köhnədən nə var idisə, yerində qaldı. Sosial-iqtisadi sahələrdə geriləmələr və bahalaşmalar başladı. Fundamental hüquq və azadlıqların vəziyyəti daha da pisləşdi. İdarəetmədəkı gərginlik və çatışmazılıqlar "elektrik böhranı" və qanlı Gəncə hadisələrini yaratdı. Eyni zamanda, biz paralel olaraq Azərbaycan iqtidarına beynəlxalq təzyiqləri də müşahidə etməkdəyik. Üstəlik, regionda və dünyada gedən sürətli proseslər məcbur edir ki, daha çevik, dinamik daxili və xarici siyasət yürüdülsün. Açıq demək lazımdır ki, iqtidarın indiki komandası dövrün tələblərinə və gedən sürətli proseslərə cavab verə bilmir. Ya hadisələri düzgün qiymətləndirməyi bacarmırlar, ya gecikirlər, ya da qeyri-müəyyənlik sərgilənir. Ona görə də, həm çevik və dinamik siyasət yürütmək, həm indiki böhrandan çıxmaq, həm daxildəki qüvvələri balanslaşdırmaq, həm də gərginliyi azaltmaq üçün yeni parlament seçkilərinə ciddi zərurət var. Parlament ümumiyyətlə, hakimiyyətin əsas müstəqil qollarından biri kimi funksiyasını icra edə bilmədiyindən bütün ağırlıq icra hakimiyyətinin üzərindədir. Bu da nəticə etibarı ilə hakimiyyət qolları arasındakı qarşılıqlı əlaqəyə və nəzarətə imkan vermir”.
Partiya yetkilisi deyir ki, siyasi institutların, medianın və vətəndaş cəmiyyətinin zəiflədildiyi indiki durumda radikal meyllər genişlənməkdədir. “Fərq etməz bu dini təmayüllü olsun, yaxud da başqa formada. Zorakılığa meylliliyin artması Gəncədə dövlət hakimiyyəti orqanlarına qarşı həyata keçirilən silahlı hücumlar zamanı da göründü. Fikrimcə, iqtidar həm Azərbaycanı, həm də özünü qorumaq üçün xilas yolu kimi qanunverici hakimiyyətin demokratik prinsiplərlə formalaşdırılmasına imkan yaratmalıdır. Bu, həm də siyasi qüvvələrin, əhalinin siyasi fəallığının artmasına, siyasi proseslərə daha aktiv qoşulmalarına təkan verərdi. Bu isə həm Azərbaycanın, həm də hakimiyyətin gözlənilən ciddi təhlükələrdən etibarlı qorunması deməkdir. Məncə, ağıllı iqtidar reallığı dəyərləndirib, faydalı iş əmsalı sıfır olan, xalqda qıcıq yaradan, əksəriyyətini köhnə kommunist namenklaturasının təşkil etdiyi, təşəbbüskarlıqdan uzaq parlamenti buraxıb, dövrün və zamanın tələblərinə cavab verən, xalqın seçdiyi parlamenti formalaşdırmaqla Azərbaycanın sabit və inkişaf edən gələcəyini təmin etmiş olardı”,– deyə Ə. Orucov fikrini tamamlayıb.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də erkən parlament seçkilərinin keçirilməsini real sayır. Onun qənaətincə, hakimiyyətin daxili durumu bunu diqtə edir:
“Məxməri bir nəsil dəyişikliyi edilir. Özü də bioloji deyil, siyasi. Hakimiyyətin nüvəsi ətrafdan özünə təhlükə duymağa başlayıb. Ona görə də odioz, siyasi iddialı, infrastruktura malik, mütəşəkkil tərəfdən qurtulmaq xətti götürülüb. 11 aprelin davamı olaraq, gətirilən texnokratlar daha iddiasız və dişsizdir. Onların “diş çıxarıb” güclənməsi bir neçə il çəkəcək. O zamana qədər yeni planların ortaya çıxacağını düşünürlər. Dəyişdirilənlər isə asanlıqla can verməyəcəklər. Onların son qalası kresloları, maliyyələri, beynəlxalq əlaqələri və ən başlıcası, parlamentə yerləşdirdikləri kontingentdir. Bu resurs onlardan alınmasa, ciddi fəsadı ola bilər. Bir dəfə biz belə residivi AXC-Müsavat hakimiyyəti zamanı görmüşük. Parlament seçkilərinə getməyən iqtidarın siyasi “fatihəsini” elə həmin parlament oxudu. Tarixi inkar etmək olmaz”.
Partiya sədrinin fikrincə, erkən parlament seçkilərinin keçirilmə ehtimalı yüksəkdir. Sadəcə, hakimiyyətin zəifliyi buna mane ola bilər, çünki risk etmək istəmirlər:
“Rusiya səfərinin pərdəarxasını gözləmək lazımdır. Yaxın vaxtlarda bunu sezəcəyik. Çünki rəsmi Moskva seçkiləri poza biləcək yeganə beynəlxalq qütbdür. Əgər Kreml neytrallaşdırılıbsa, seçkilər bu il olacaq. Əks halda, bir qədər də vaxt keçəcək.
Bildiyim qədər son konfransa qədər İlqar Məmmədov növbədənkənar seçkilərdən də danışıb. Əgər mövqe yenilənibsə, bu, artıq təzə tezisdir. Lap yaxşı, bu praqmatizmdir. Azərbaycan müxalifəti yekcinsləşir. Bu, gözlənilən idi”.

Ə. Əliyev sonda deyib ki, demokratik islahatların iki yolu var: ya inqilab, ya da islahatlar: “Daim demişəm ki, ikinci yol daha rasionaldır. Buna isə hakimiyyət hazır olmalıdır. Hesab edirəm ki, hamı növbədənkənar parlament seçkilərinə köklənsə, bunun işə faydası olar”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Bu gün, 13:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir