16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:51 / 24-06-2025
“Qiyamət planı” üzə çıxıb - Fotolar
12:39 / 24-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:32 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
12:28 / 24-06-2025
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
12:04 / 24-06-2025
Daha bir yaşayış məntəqəsi işğal edilib - Foto
11:47 / 24-06-2025
İsrail hava məkanını uçuşlar üçün açıb
11:45 / 24-06-2025
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
11:41 / 24-06-2025
Moskva vilayətinə hücum olub - Foto
11:36 / 24-06-2025
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
11:31 / 24-06-2025
İsrail daha bir iranlı nüvə alimini öldürüb
11:30 / 24-06-2025
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
11:20 / 24-06-2025
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
11:08 / 24-06-2025
İsrail İranla atəşkəs razılaşmasını rəsmən təsdiqləyib
11:00 / 24-06-2025
NATO ölkəsinə hücum ola bilər
10:20 / 24-06-2025
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Qara ilan ləqəbli diktator; O, düşmənlərini timsahlara yedizdirir, uçan güllələri saxlayırmış - Fotolar
Tarix: 11-09-2018 21:43 | Bölmə: Slayd

Diktatorlar və onların ailələrinin dəbdəbəli həyatı ictimaiyyət üçün maraqlıdır. Reyting.az saytı bunu nəzərə alıb ilk olaraq Toqo prezidentinin həyatına işıq salır:
Toqo prezidenti Qnassinqbe Eyadema ХХ əsrin ən qanlı tiranlarından biri sayılır. O, həmişə gözəl qadınların əhatəsində olub, xarici dostlarına Afrika qonaqpərvərliyini nümayiş etdirib və əleyhdarlarını timsahlara yedizdirib.
O, sui-qəsdlərdən qorxduğundan hər gün dislokasiya yerini dəyişib və yeddi dəfə belə qəsdlə üzləşib.
Toqonun suveren əhalisi öz başçısını dözümlü, fövqəltəbii gücə malik olduğunu hesab edirdi. Eyadema də var gücülə bu obrazını qoruyaraq komikslərin qəhrəmanına çevrilmişdi.

“O, ilana bənzəyirdi. Əyri nəzərləri, qan dolu gözləri, qara bəbəkləri sanki mənim içimi incidirdi. Bununla belə, o, ağıllı adam təəssüratı yaradırdı – ağıllı, lakin eyni zamanda etibarsız”, - Amerika səfiri Conni Yanq Qnassinqbe Eyadema ilə 1994-cü ildə ilk görüşünün təəssüratlarını belə xatırlayır.
Toqo prezidenti qonaqlarını paytaxt Lomedəki öz rezidensiyasında qarşılayırdı. Səliqə ilə daranmış, əynində mavi rəngli üçlü kostyumla – sanki Parisin moda salonundan çıxıb. Üzündə xeyirxah təbəssüm. Amma Yanqda prezidentin xarici görünüşü deyil, Qnassinqbe Eyademanın qızılla bəzədilən qara eynəyi altında adətən gizlətdiyi “ilan” baxışı təsir etmişdi.
Təhlükəli düşmən
Qnassinqbe Eyadema Toqoda 38 il hakimiyyətdə olub. Prezidentin portretləri hər yerə yapşdırılıb – binalara, köşklərə, qızıl çərçivələrdə hotellərin vestübellərinə.
Eyademanın təsvirlərini qol saatlarının üzərində və nişanlarda da görmək olardı, onun silahdaşları ölüm qorxusu altında onu daşlmağa məcbur idilər. Yerli kütləvi informasiya vasitələri Toqo liderinə mədhiyyə yarışına qoşulmuşdular. Eyadema adətən ən gözəl qadınların əhatəsində yürüyür, onlar rəqs edir, mahnılar oxuyur, prezidentə mədhiyyələr söyləyirdilər. Lomedə və digər iri şəhərlərdə Eyademanın bürünc heykəllərini ucaltmışdılar. Lakin yalnız güclü şəxsiyyətə pərəstiş deyil, həm də gücü onu hakimiyyətdə qalmasına kömək edirdi. Eyadema ətrafında bütöv bir ordu saxlayırdı və tərəddüdsüz onun əmrlərini yerinə yetirirdi. Hərbi döyüş təcrübəsindən və mütləq hakimiyyətindən istifadə edərək, o, müxalifəti kökü üstdə boğurdu, minlərlə soydaşını ölkəni tərk etməyə, yaxud öz ömrünü həbsxanada keçirməyə məcbur edirdi.
Prezident aşkar rəqiblərini xüsusi amansızlıqla məhv edirdi – şayiələr dolaşırdı ki, Eyadema bu bədbəxtləri timsahlara yedizdirib.
Afrikalı qlamur
Qnassinqbe Eyadema dostlarına və havadarlarına tamamilə fərqli münasibət bəsləyirdi. Fransalı diplomatları prezidentin rezidensiyasında həmişə ən yaxşı şampan və viski şüşəsi gözləyirdi. Eyadema xoşsifət başçı idi – hər nüfuzlu siyasətçini, yaxud biznesmeni hava limanında şəxsən özü qarşılayırdı.
Eyadema qonaqpərvərliyini və dəbdəbəli həyat tərzini nümayiş etdirməyi xoşlayırdı, siyasətçilərə və diplomatlara bahalı hədiyyələr bağışlayardı, onlar üçün bahalı hotellərdə əla apartamentlər götürər və ziyafətlər təşkil edərdi.
Elit fransız şərabları ilə yanaşı, qonaqlara mütləq Çin pivəsi süzülərdi – prezidentin sevimli içkilərindən biri. Qəlyanaltılar arasında mütləq təzə qara kürü olardı. yeməkləri şıqlığı və fransız zərifliyi ilə seçilərdi. Eyadema hər vasitə ilə özünü Avropa qlamuru əhatəsində göstərməyə çalışırdı.
Eyadema Parisin ən yaxşı salonlarında böyük diqqətlə dəbli kostyum və köynəkləri seçirdi. Bəzən onun xoşuna gələni modellər xüsusi sifarişlə tikirdilər. Prezident dəbli geyiminə xüsusi diqqət yetirir və ənənəsinə sadiq qalmağa çalışırdı. İpək köynəklər də qızıl sağanaqlı qara eynək kimi Eyademanın vizit kartı olub. Onun bahalı geyimlərini və general mundirlərini bahalı saatları ilə geyinərdi, bunların bər-bəzəyinə isə bir qədər etinasız idi.
Necə lazımdır
Adətən, prezident qonaqlarını Lomedəki öz iqamətgahında qəbul edirdi. Ağ parlaq mərmərli fasad, hündür Fransa pəncərələri olan saray - günəş şüaları altında daş-qaş kimi bərq vururdu. Daxili zəngin interyerli idi – işıqlı, bahalı parçalar, dəbli Fransa mebeli vardı. Eyadema adətən qonaqlarını səhər yeməyində böyük ağ süfrə arxasında qarşılayırdı. Qoyun əti və cəhrayı şampana qonaq edən general əcnəbiləri əyləndirirdi.

Orada olarkən asanlıqla unutmaq olar idi ki, hər şey kasıb Afrika ölkəsində deyil, bahalı Avropa apartamentində baş verir. Hərçənd ki, Eyademanın belə yeri də var idi. O özünün Parisin Malzerb bulvarındakı ilk mənzilini kreditlə alıb. Lakin Fransa Toqoya maliyyə yardımı – bir neçə on milyon dollar ayıran kimi tezliklə həmin kredit borcunu ödəyib.
Eyademanın varidatı haqda yalnız ehtimal etmək olar. 2002-ci ildə Toqoda guya “Forbes”in prezidentin varidatının 4,5 milyard dollar qiymətləndirməsi ilə bağlı material çap olunub. Sonradan informasiyanı həm “Forbes”, həm də hökumətin administrasiyası təkzib ediblər. Birinci cavabda qeyd edilib ki, Eyadema ilə maraqlanmayıblar, ikinci inandırmağa çalışıb ki, prezidentin sadəcə, bu qədər pulu yoxdur.
Eyadema paytaxtdakı rezidensiyasından başqa tez-tez ölkənin şimalındakı doğma Kara şəhərinin Pya kəndində işləyir və istirahət edirdi. Eyadema bu yerlərə şəxsi “Boeing 707”-si ilə gedib-gəlirdi. Təyyarə heç vaxt uçuşsuz qalmırdı, prezident az qala hər gün dislokasiya yerini dəyişməyə adət etmişdi. Hava limanlarında həmişə zirehli “Mercedes”lər gözləyirdi. O, beləcə həyatına olan sui-qəsd təhlükəsindən yayınmağa çalışırdı. Eyademanın hətta silahdaşları prezidentin sabah harada olacağını bilmirdilər. O, dəqiqəsinə qədər vaxt göstərib istənilən yerdə görüş təyin edə bilərdi. Təyin olunan vaxt öz kabinetindəki stolun arxasında oturaraq məruzəni gözləyirdi.
Maniakal nizam-intizamına, sadiqliyinə baxmayaraq, Eyadema əylənməyi də sevirdi. Evala güləşi üzrə - özünün də məxsus olduğu kabye qəbiləsinin ənənəvi idman növüdür – Afrika yarışından xüsusi ləzzət alırdı. O, gəncliyində əsl çempion olub, bunu varis kimi oğlu For da davam etdirib. Eyadema bir dəfə yerli polisi döyüşü kamera ilə çəkən bir nəfəri axtarmağa yollayıb: prezident öz oğlunun qələbə anına baxmaq istəyib.
Toqonun suveren əhalisi prezidenti dözümlü, fövqəltəbii qüvvə verilmiş hesab edirdi. Bu, Afrika xalqları üçün kifayət qədər tipik haldır, lakin bu əfsanələrin yaranması üçün əsas olub. Axı hətta killerlərin güllələri hədəfə çatmırdı. Eyademaya 7 dəfə sui-qəsd edilib və özünü tilsim olunmuş kimi hiss edirdi .
1974-cü ildə onun təyyarəsi qəzaya uğrayır, yalnız Eyadema sağ qalır. Prezident əmin idi ki, bu sui-qəsdin qurbanı olmasına az qalmışdı və vəziyyətdən istifadə edərək xalqa özünün sehirli toxunulmazlığını nümayiş etdirib.
Həmin günü “şər qüvvələr üzərində qələbə” adlandırıblar, qəza yeri isə az müqəddəsləşdirilib – adamlar ora ziyarətə gedir və əmin idilər ki, onların prezidentini ilahi qüvvələr qoruyur.
Eyadema hətta dözümlü super qəhrəman imicini qoruyaraq komikslərin qəhrəmanına çevrilib. Hesab olunurdu ki, insan əli ilə onu məhv etmək mümkün deyil, general Eyademaya yalnız xəstəlik güc gələ bilər.
2005-ci ildə bu da baş verir. Qnassinqbe Eyadema özünü pis hiss edir, yubanmadan şəxsi təyyarəsi ilə ailəsinin və qulluqçularının əhatəsində tibbi yardım almaq üçün İsrailə yollanır. Lakin təyyarə Afrika qitəsini tərk etmədən dözümlü prezident elə hava gəmisinin göyərtəsində ürək tutmasından vəfat edir.
Onun dəfnində Afrika ölkələrinin çoxunun prezidenti və digər dünya liderləri iştirak edib. Heç nəyə baxmayaraq, o, sağlığında bir çox dost qazana bilmişdi.
Eyadema Qərbi Afrika ölkələri iqtisadi birliyinin yaradıcılarından biri idi və Paris ilə sıx münasibətləri nəticəsində bir çox siyasətçinin hörmətini qazanmışdı. Təəccüblü deyil ki, Qnassinqbe Eyadema öz dövlətini balaca Avropa paytaxtına bənzətməyə cəhd edirdi. Təəssüf ki, təkcə özü üçün.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir