17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:51 / 24-06-2025
“Qiyamət planı” üzə çıxıb - Fotolar
12:39 / 24-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:32 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
12:28 / 24-06-2025
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
12:04 / 24-06-2025
Daha bir yaşayış məntəqəsi işğal edilib - Foto
11:47 / 24-06-2025
İsrail hava məkanını uçuşlar üçün açıb
11:45 / 24-06-2025
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
11:41 / 24-06-2025
Moskva vilayətinə hücum olub - Foto
11:36 / 24-06-2025
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
11:31 / 24-06-2025
İsrail daha bir iranlı nüvə alimini öldürüb
11:30 / 24-06-2025
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
11:20 / 24-06-2025
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

ABŞ və Rusiya Türkiyə savaşına başlayıb
Tarix: 15-09-2018 11:33 | Bölmə: Slayd

Əsəd, Ruhani və Putinin İdlibə hücum niyyəti bölgədə vəziyyəti dəyişir; Ankara Moskvadan Qərbə doğru yön ala bilər
Ötən həftə Tehranda baş tutan Suriya zirvəsində əslində anlaşa bilməyən Rusiya-Türkiyə-İran üçlüyü arasında İdliblə bağlı gərginlik davam edir.
Xatırladaq ki, həmin zirvədə Türkiyə prezidenti Ərdoğan israrla İdlibdə atəşkəs tələbi qoysa da, Putin açıq şəkildə buna qarşı çıxdı. Ruhaninin isə ilk baxışdan orta mövqe tutduğu görünsə də, əslində, o da Putinə dəstək verdi.
Hadisələrin belə cərəyan etməsi isə Türkiyənin yenidən Qərblə yaxınlaşmasına rəvac verib. Bu da, sözsüz ki, NATO sistemini parçalamağı hədəfləyən Putinin maraqlarına uyğun deyil.
Lakin Türkiyənin İdlib məsələsində xüsusi və qəti dirənməsi, Rusiya və İranla maraqlarına cüzi də olsa, zidd qərarlarda anlaşmaya isti yanaşmaması tərəflər arasında bağlanmış Astana razılaşmasını belə təhlükə qarşısında qoyub.
Sözüsüz ki, belə bir vəziyyətdən daha çox ABŞ yararlanmağa çalışır. Rəsmi Vaşinqton Rusiya ilə Türkiyənin münasibətlərini bir qədər də gərginlədirib, ən azı “S-400” raketlərinin alınmasını əngəlləməyə cəhd edir.
Bu yerdə qeyd edək ki, 2017-ci ildə Suriyanın İdlib əyalətində silahlarını könüllü şəkildə yerə qoymaq istəməyən üsyançıların və onların ailə üzvlərinin keçə biləcəyi şimal təhlükəsizlik zonası yaradılıb. BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın məlumatına əsasən, bu regionda üsyançı “Cəbhət ən-Nusra” hərəkatının 10 min döyüşçüsü fəaliyyət göstərir.
Təsadüfi deyil ki, bir neçə gün əvvəl ABŞ-ın BMT-dəkı daimi təmsilçisi Nikki Heyli Türkiyənin Rusiya ilə anlaşa bilmədiyinə dair önəmli bəyanat verib. O bildirib ki, nəhayət, Ankara Rusiya və İran tərəfindən aldadıldığının fərqinə varıb:
“Bəli, Rusiya, İran və Əsəd rejimini Suriya böhranının siyasi həlli maraqlandırmır. Türkiyə artıq bunu öyrəndi”.
Düzdür, Heylinin bu bəyanatına elə həmin gün, cəmi 15-20 dəqiqə sonra Rusiyadan rəsmi cavab verilib. Məhz bu cavab da göstərir ki, Putin Ankaranı indiki həssas məqamda itirmək istəmir.
Diqqət edin, Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenziya Niki Heyliyə cavab olaraq bildirib ki, yaxın vaxtlarda Rusiya iləTürkiyə İdlib məsələsində anlaşacaqlar. O, eyni zamanda qeyd edib ki, İdlibdə Əl-Nüsra və İŞİD üzvləri var:

“Rusiya, İran və Türkiyə Suriyada bütün terror qalıntılarını təmizləmə məsələsində həmfikirdir. Biz Suriyada siyasi həlldən alternativ yol görmürük. Siyasi həllə qərar verən silahlı müxalifləri terrorçulardan təcili ayırmağa ehtiyac var”.
Nebenziya bildirib ki, bütün bunlara baxmayaraq, Astana razılaşmasının təminatçıları olan Rusiya, İran və Türkiyənin İdlib əməliyyatı ilə bağlı anlaşacaqlarına inanır: “Biz belə bir anlaşmanın olacağını düşünürük. Qaldı İdlibdəki cihadçılarla, onları loyal müxaliflərdən ayırmaq Türkiyənin cavabdehliyindədir”.
Göründüyü kimi, Moskva həm Suriyadakı sərt mövqeyindən geri çəkilmək, həm də Ankara ilə münasibətləri korlamaq istəmir. Onun üçün də orta yol axtararaq, İdlibdə xeyli müşahidə məntəqələri olan Ankaradan oradakı terrorçulara qarşı qəti addımlar atmağı istəyir. Moskva hesab edir ki, İdlibdəki terrorçular məhv ediləndən sonra Suriya ilə bağlı masaya oturmaq mümkündür və bunun üçün bütün şərtlər tamamlanacaq.
Bunu Rusiya təmsilçisi Nebenziyanın açıqlamasından da görmək olur. Belə ki, o, Suriyanın yenidən qurulması istiqamətində uyğun şərtlərin formalaşmaqda olduğunu deyib və əlavə edib ki, Suriyada humanitar yardıma, minaların təmizlənməsinə və dağıntıların aradan qaldırılmasına böyük ehtiyac var:
“Suriyalı qaçqınların geri dönmələri üçün Əsəd hökuməti tam təminat verib. Bununla bağlı da Türkiyə və İranla birlikdə beynəlxalq konfrans təşkil etməyi planlaşdırırıq. Lakin görünən odur ki, Qərb bu məsələlərdə də “siyasi şantaj”a keçib”.
Nebenziya sonda bildirib ki, Astana razılaşmasının təminatçısı olan Rusiya, İran və Türkiyə növbəti toplantını Rusiyada keçirəcək: “Həmin toplantıda çox məsələlərin razılaşdırılacağını düşünürəm”.
Putinlə Ərdoğanın məhz İdlibdəki gərginliklə bağlı bir araya gələcəyi günün tarixi açıqlanıb.
Türkiyə prezidenti sentyabrın 17-də Rusiya lideri ilə Suriyada yaranan vəziyyəti müzakirə edəcək.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda keçirilən mətbuat konfransında deyib.
“Son günlər müxtəlif ölkələrlə danışıqlar aparırıq. Biz terrorla mübarizə aparmağa hazırıq, həmçinin Suriya böhranının siyasi yolla həll olunmasını istəyirik və bu məsələlərdə əməkdaşlığa razıyıq. Lakin terrorla mübarizə bəhanəsi ilə qadın, uşaq və mülki şəxslərə zərbələr vurulmasının əleyhinəyik. Yaxın günlərdə Prezident Ərdoğan Suriyada yaranan vəziyyəti Vladimir Putinlə müzakirə edəcək”, – deyə Çavuşoğlu bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının sentyabrın 17-də Soçidə görüşünə hazırlıq başladığını təsdiqləyib.
İdlib ətrafında yaranan vəziyyət Cənubi Qafqaza da təsir edə bilər.
Bunu “News.am” saytına açıqlamasında rusiyalı hərbi-ekspert Pavel Felgenhauer deyib. Naxçıvanda Türkiyə hərbi bazasının yaradılması məsələsinə toxunan ekspert bildirib ki, bu, Rusiyanın maraqlarına uyğun olmaya bilər.
O, hazırda Moskva ilə Türkiyə arasında daha önəmli məsələnin – İdlib probleminin olduğunu deyib:

“Hazırda Naxçıvanda bazanın yaradılması məsələsi əsas mövzu deyil. Türklərin bütün diqqəti İdlibə yönəlib. Burada onun Rusiya və İranla konflikti alovlanmağa başlayıb”.
Jurnalistin “Türkiyənin Naxçıvanda baza açmasına göz yummaqla Rusiya Ankaradan Suriya məsələsində hansısa güzəştlər qopara bilərmi” sualına Felgenhauer “bu, o qədər də inandırıcı deyil”,- cavabını verib. O, türklərin Suriya məsələsində asanlıqla təslim olmayacağını bildirib:
“İdlib ətrafındakı vəziyyətin inkişafından Ərdoğanın hakimiyyəti asılıdır. Üstəlik, hakim Ədalət və İnkişaf Partiyası ilə koalisiyada olan millətçilər üçün İdlibin Rusiya və Əsədə verilməsi qəbuledilməzdir. Burada türkmanlar yaşayır. Bu, Türkiyənin daxilində çox ciddi nəticələrə və böhrana gətirib çıxara bilər. Ona görə də hələlik Naxçıvanda baza məsələsi Türkiyə üçün aktual deyil”.
O, İdlib məsələsində heç bir kompromis olmayacağı təqdirdə Rusiya və Türkiyə arasında ciddi qarşıdurma yaranacağını bildirib:
“Bu qarşıdurma müəyyən mənada İranla da yaşanacaq. Nəticədə yaranan vəziyyət Cənubi Qafqaza da təsir edəcək. Lakin hələlik əsas fikir ayrılığı İdlibdə yaşanır”.
Bu arada ABŞ-ın kölgə kəşfiyyatı hesab olunan “Stratfor” 3 günəvvəl İdlibdəki vəziyyət və bunun Suriyada maraqlı olan dövlətlərin münasibətlərinə necə təsir etməsi barədə diqqətçəkən təhlil yayıb.
Reyting.az saytı həmin təhlili təqdim edir:
Birləşmiş Ştatlar Suriyada İran qoşunlarının bu ölkədən tam çıxarılması və indiki Dəməşq hökumətinin dəyişilməsi daxil olmaqla qarşısına yeni məqsədlər qoyub. ABŞ-ın Suriya hökumətinə qarşı daha inadlı fəaliyyəti və İranın Suriyada iştirakı Moskva və Vaşinqton arasında çəkişməni mütləq gücləndirəcək.
İdlibə hücumla bağlı qaçqınlara münasibətdə də kimyəvi silahın işlədilməsi imkanı haqda narahatlıq ABŞ və Rusiya arasında anlaşma əldə edilməsi üçün imkanı daha da məhdudlaşdırır.

Konkret danışılsa, Birləşmiş Ştatlar indi İran qoşunlarının Suriyadan tam çıxarılmasına və Dəməşqin indiki hökumətini Vaşinqton üçün daha məqbul olacaq yenisinə dəyişməyə nail olmağa çalışır.
ABŞ Suriyadakı məqsədlərinə əvvəllər də düzəlişlər edib. Amerika bu ölkədəki vətəndaş savaşının müxtəlif mərhələlərindəiki siyasi kurs arasında kəfkir kimi yellənib: gah Suriya rejiminəqarşı fəal mübarizə aparıb, gah da bütün səylərini döyüşkən ekstremist qrupların darmadağın edilməsinə cəmləyib.
Amma yeni siyasi dönüş Suriyada Rusiya ilə məzmunluəməkdaşlığa bütün şansları məhv edəcək. Moskva bu ölkədəki uğurlarını qəti müdafiə edərək, beləliklə, necəsə bir tarazlıq yaradır. Bu səylər Amerika hökumətiylə birgə iş tələb edir. Beləbirgə iş isə Suriya hökumətinin legitimliyini təmin edəcək. Bu qayda ilə ABŞ-ın Suriya hökumətinə qarşı daha təcavüzkar hərəkətləri və İranın bu ölkədə iştirakı hökmən fikir ayrılıqlarının güclənməsini doğuracaq.
Suriyada ABŞ və Rusiya arasındakı münasibətlərin dinamikasını Suriya qoşunlarının İdlib əyalətinə hücum hazırlığı qəlizləşdirir. Birləşmiş Ştatlar keçən il Suriyada üsyançıların silahlandırılması üçün MKİ-nin proqramını bağlayandan sonra İdlibdə çox zəif nüfuza malikdir və orada praktik olaraq iştirak etmir. Amma ABŞ-ı bu əyalətə hücuma daha fəal reaksiya verməyə vadar edə biləcək iki amil var.
Birincisi, qaçqınların Türkiyəyə, oradan isə Avropaya növbəti kütləvi yer dəyişməsidir. Rejimin İdlibdə hərbi əməliyyatlarından üç milyona yaxın adam qaçmağa cəhd edə bilər. Bu cür kütləvi qaçqın axını təhlükəsi təkcə Türkiyənin hücuma qarşı çıxmaq qətiyyətini gücləndirmir, həm də ABŞ-ı və avropalı müttəfiqlərini xəbərdarlıqla çıxış etməyə məcbur edir.
İkinci amil Suriya hökumət qoşunlarının kimyəvi silah işlətmək imkanıdır. Dəməşq ölkə ərazisi üzərində nəzarət qurmağa cəhd edərək bu silahın, o cümlədən sinir-iflic təsirli zəhərli maddələrin işlədilməsinə dəfələrləəl atıb. Bu, iki halda ABŞ və müttəfiqləri tərəfindən cəza zərbələri doğurub. Amerikanın kəşfiyyatın hesabatlarına isnad edən rəsmi təmsilçilərinin sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd İdlibdə gözlənilən hərbi əməliyyatın gedişində xlor qazının tətbiqini təqdir edib. Bu haqda sentyabrın 9-da “The Wall Street Journal” məlumat verib. Amerika təmsilçiləri sinir-iflic zəhərli maddələri haqda heç nə deməyiblər (Amerika bunlar üçün qırımızı xətt cızıb), amma hətta xlorun böyük miqdarda işlədilməsi ABŞ tərəfdən növbəti cəza zərbəsi törədəbilər. Belə bir cavab tamamilə ağlabatandır, çünki hamı İdlibdəki duruma qulaq kəsilib, Vaşinqton isə kimyəvi silahın işlədilməsi haqda dəfələrlə xəbərdarlıq edib. Belə zərbələr (xüsusən dəruslar və iranlıların Suriyada iştirakı nəzərə alınmaqla) son dərəcəriskli perspektivlərlə münaqişənin yayılmasına gətirə bilər vəbundan savayı, Suriyada ümumi fəaliyyət planı haqda Amerika və Rusiyanın anlaşması çox çətin olacaq.
Rusiya bu yaxınlarda ət-Tənfə qarnizonu haqda təhdidlə çıxış edib. ABŞ Suriyanın şərqində bu rayonda üsyançılarla yanaşı cüzi sayda qoşun yerləşdirib. Bu təhdidlər iki ölkə arasında sonrakı münasibətlərin korlanacağından xəbər verir. Amerika rəsmilərinin dedikləri kimi, ruslar son 10 gündə orada hərbi əməliyyatlara başlamaq hədəsi gəliblər, amerikalılar bu üzdən bu cür addımların yolverilməzliyini bildirib və ət-Tənfəyə dəniz piyadası korpusundan əlavə qüvvə göndəriblər.
Əgər Rusiya, ya da ABŞ hər hansı fəlakətli yanlış hesablamaya yol versə və yaxud ciddi insident yaratmasa, çətin ki, onların Suriyadakı mübahisəsi fəal hərbi əməliyyatlara keçər.
Ən nəhayət, Suriyaya görə nə bu, nə də o biri tərəf əhatəli müharibə başlanması riskinə getmək istəyir. Bununla belə, mövcud fikir ayrılıqları getdikcə daha da kəskinləşir, çünki ABŞ İrana münasibətdə getdikcə daha təcavüzkar mövqe tutur, Əsəd isə elə etməyə çalışır ki, Moskvanın Suriya üzrə ABŞ-la sazişəldə etmək ümidləri doğrulmasın.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Bu gün, 13:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir