17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:51 / 24-06-2025
“Qiyamət planı” üzə çıxıb - Fotolar
12:39 / 24-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:32 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
12:28 / 24-06-2025
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
12:04 / 24-06-2025
Daha bir yaşayış məntəqəsi işğal edilib - Foto
11:47 / 24-06-2025
İsrail hava məkanını uçuşlar üçün açıb
11:45 / 24-06-2025
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
11:41 / 24-06-2025
Moskva vilayətinə hücum olub - Foto
11:36 / 24-06-2025
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
11:31 / 24-06-2025
İsrail daha bir iranlı nüvə alimini öldürüb
11:30 / 24-06-2025
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
11:20 / 24-06-2025
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Növbəti iqtisadi böhran başlaya bilər
Tarix: 16-09-2018 12:03 | Bölmə: Slayd

Bir neçə il öncə dünya bazarında neftin qiyməti düşəndən sonra öncə milli valyutamız devalvasiyaya uğradı, onun ardınca ölkəmizdə iqtisadi böhran başladı. Hökumət bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirməyə çalışsa da, real nəticə olmadı. Müəyyən müddət sonra ikinci devalvasiya baş verdi və böhran daha da dərinləşdi.
Artıq son bir neçə ildə hökumətin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində böhranın dərinləşməsinin qarşısı alınsa da, mövcud problemlərin həlli mümkün olmayıb.
Belə ki, hələ də ölkə idxaldan asılıdır, inflyasiya ikirəqəmlidir, həyata keçirilən gömrük, vergi islahatları vətəndaşın zərərinədir, əhalinin rifah halının yaxşılaşması, daxili istehsalın artması, milli valyutanın möhkəmlənməsi istiqamətdə nəzərəçarpacaq müsbət dəyişiklik yoxdur.
Reyting.az xəbər verir ki, neftin qiyməti bir neçə il öncə ilə müqayisədə artsa da, bu artımın vətəndaşların həyatına ciddi təsiri diqqət cəlb eləmir. Əməkhaqqı, pensiya və müavinətlərin 6-7 faizlik artımı da inflyasiyasnın qarşılığında cüzidir. Amma bunlara baxmayaraq, hökumət təmsilçiləri iqtisadi inkişafdan və nailiyyətlərdən danışırlar.
Hökumətin “pripiska” siyasəti

Real Partiyasının icra ktibi, tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, böhran başlayanda hökumət problemləri etiraf etsə də, vəziyyətdən çıxış üçün real addımlar atılmayıb:
“Yadınızdadırsa 2014-ci ildən başlayaraq hökumət iqtisadiyyatda bəzi problemlərin olduğunu etiraf etməyə başladı, 2015-ci ildə “böhran” sözünü işlətdilər, elə həmin ildən başlayaraq ölkədə “islahatlarla” bağlı onlarla müşavirə, konfrans keçirdilər, “Yol xəritələri” hazırladılar, camaata “nefti unudun”,- dedilər, aqrar sahənin inkişafı ilə bağlı saatlarla danışdılar, “biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin edəcəyik”, - bəyanatından zallarda sütünlar silkələndi, Kənd təsərrüfatı naziri quzunu qucağına aldı, yerli icra başçıları özlərini yenidən 1-ci katib kimi hiss edib, əkin-biçin işinə qarışmağa başladılar ki, büdcədən ayrılan puldan onlara da pay düşsün. Xülasə, son 4 ildə israrla ölkənin aqrar potensialının artdığını deyib, büdcədən bu sahəyə ayrılan vəsaitləri həzm etməklə məşğul idilər”.

Rəsmi məlumata istinad edən N. Cəfərli bildirib ki, 2018-ci ilin 8 ayı ərzində Azərbaycana 874 milyon 144 min dollarlıq yeyinti məhsulları idxal olunub. Onun qənaətincə, bu dəyər, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur: “Sözün qısası, indiki idarəetmə sistemi qaldıqca atılan addımlar heç bir nəticə verməyəcək. Hökumət hələ də insanın marağını deyil, özünü idarə etməyə çalışır, başqa dünya görüşü onlara yaddır. İnsanı idarə etməyə çalışan hökumətin məqsədi nəzarətdir, düşünürlər ki, insanı idarə etməklə nəzarət mexanizmlərini işə salırlar. Qalstuklular dəstəsi anlamır ki, maraqların idarə ediləsi daha effektiv, daha verimli, daha mütərəqqi yanaşmadır. Həmin dəstə ölkənin çox böyük potensialının qarşısında ən böyük əngəldir. Bizim insan hökumətdən heç nə ummur, sadəcə, hökumətin mane olmamağını arzulayır. Vətəndaşlarımıza mane olmasalar özləri də əla dolanar, ölkəni də inkişaf etdirərlər”.
Neft hasilatı azalır, böhran qapıda

Nəzərə çatdıraq ki, son bir ildə neftin qiyməti bahalaşıb. Azərbaycanda avqust ayı ərzində gündəlik hasilat 716 min barrel xam neft, 58 min barrel kondensat təşkil edib. Gündəlik 641 min barrel xam neft, 58 min barrel kondensat ixrac olunub. Gündəlik neft hasilatı bu ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında isə 773 min barrel olub.
N. Cəfərlinin sözlərinə görə, rəsmi rəqəmlərdən də görünür ki, taleyi neft borusundan sallanan məmləkətdə hasilat azalır. Bu tendensiya gələn il də davam edəcək, 2020-ci ildən isə hasilat ən yaxşı halda günlük 600-650 min barrel arası sabitləşəcək: “Ölkənin daxili təlabatı günlük 70-75 min barreldir, deməli, yaxın zamanda ixracat 600 min barreldən aşağı düşəcək. Hasilat düşdükcə hər barrelin maya dəyəri də artır, xalis gəlir marjı daralır.
Dünya neft bazarında da maraqlı vəziyyət yaranıb, uzun zaman sonra brent və WTI markalı neftin qiymətləri arasında spred xeyli açılıb - bu gün qiymət fərqi 10 dolları keçib (təqribən 15% fərq var). Neft bazarının bir neçə illik texniki analizi onu deməyə imkan verir ki, qiymət fərqi 10 faizi keçəndə qiymətlərdə aşağıya doğru ciddi korreksiya olur, yəni qiymət düşür. Əgər yaxın aylarda qiymət ensə, paralel olaraq bizdə hasilat da azalsa, bu zaman ölkədə növbəti, daha güclü böhran dalğası olacaq”.
Turizmdən gələn pulları kim görür?

Son dövrlər hökumət rəsmiləri Azərbaycanda turizmin inkişafından və bu sektordan gələn gəlirlərin də artdığından danışırlar. Bəs bu sahədə vəziyyət necədir?
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 1 milyon 655 min turist gəlib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 3,3 dəfə, Səudiyyə Ərəbistanı 3 dəfə, Bəhreyn 2,7 dəfə, Qətər 2,1 dəfə, İraq 25,1, Oman vətəndaşlarının sayı 16,5 faiz artıb. Yəni, ölkəyə gələn hər 5 nəfərdən biri bu ölkələrdən olub.
2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 2 milyon 515 min nəfər olub.
Ekspert qeyd edib ki, ölkə turizmi birtərəfli artır, ancaq ərəb ölkələri hədəf götürülüb, bu isə dayanıqlı deyil. Onun fikrincə, ölkəyə gələn turist sayı hələ çox azdı, Azərbaycanın turizmdən ciddi qazanması üçün ölkəyə hər il azı 9-10 mln. turist gəlməlidir: “Amma nə ölkə infrastrukturu, nə də ictimai rəy buna hazır deyil.
İkincisi, ölkədən gedənlərin sayı ölkəyə gələnlərdən ciddi şəkildə çoxdur. Deməli, ölkəyə turizmlə gələn puldan daha çox vəsait ölkədən bizim turistlə (əslində daha çox sərhədyanı ticarət "turizmi" ilə) çıxır.
Üçüncüsü, turizm ölkədə hələ ki, multiplikativ effekt yaratmır. Yəni ən çox qazanan 1-2 holdinqə, şəxslərə bağlı otellər, ticarət mərkəzləri, restoranlar şəbəkələridir. Deməli, hələ ki, turistin pulunun "dadını" sadə vətəndaş - kiçik sahibkar bilmir deyə, turistə qarşı da aqressivdir. İctimai rəyin dəyişməsi kiçik və orta sahibkarların, minlərlə vətəndaşın turist pulunu görüb, hiss edib-etməməsindən asılı olacaq”.
Manata təzyiqlər artır

Azərbaycanda böhran başlayandan sonra ən çox zərbə bank-maliyyə sektoruna dəyib. Hökumət etiraf etməsə də, bu sektorda yaranmış böhran hələ də davam edir. Xüsusən də milli valyutamız - manatla bağlı narahatlıq davam edir.
N. Cəfərli qeyd edib ki, manatın və ölkə iqtisadiyyatının taleyi sırf neftdən asılıdır və bu fakt artıq heç kimdə şübhə doğurmur. Manatın məzənnəsi əmrlə, inzibati qaydada təyin edilir - bu fakt da artıq mübahisə yaratmır:
“Manata yan təsirlər də kifayət qədər artıb.
Birincisi, İranda real dəyərdən düşüb dollar qıtlığı yaranıb. Qonşu ölkədə məmnuniyyətlə bizim manatı qəbul edirlər, camaat manatla İrandan mal alır, sonra həmin manat inzibati yolla sabit tutulan məzənnə faktoruna görə ölkəyə gəlib, dollar olub, yenidən İrana qayıdır.
İkincisi, Türkiyədə lirə çox ucuzlaşıb. Deməli, türk lirəsi ilə satılan mallar -əgər qardaş ölkəyə dollar aparırsansa - çox cəlbedici qiymətə düşüb. Son günlər Azərbaycandan xeyli valyuta müxtəlif yollarla Türkiyəyə aparılıb, lirəyə çevrilir, həmin lirə ilə daha çox mal alınıb ölkəyə gətirilir. Məktəb mövsümünü nəzərə alsaq, ölkədə adi qələm, corab, tuman istehsalının belə olmadığını düşünsək, indi Türkiyədən daha çox mal gətiriləcək, bu da ölkədən daha çox valyuta çıxması deməkdir.
Üçüncüsü, Rusiya rublu da 10 faizə yaxın ucuzlaşıb, sərhədyanı ərazilərdə rusiyalılar məmnuniyyətlə manatla yağ, ət, kolbasa, sosiska satırlar, çünki bu mallar bizdə manatla daha bahadır. Həmin manatlar isə yenidən ölkəyə gəlir, dollar olub, Rusiyaya qayıdır.
Gürcüstanda da lari ucuzlaşıb. Gürcülər yenidən həvəslə manat götürüb mal satırlar, eyni qaydada həmin manatlar da ölkəyə gəlib, dollar olur və Gürcüstana dönür - deməli, qonşularda baş verənlər manata artıq həm psixoloji, həm də iqtisadi təsir göstərir.
Deyə bilərsiniz ki, bizim şanlı gömrük işçiləri imkan verməz o qədər valyutanı ölkədən çıxarsınlar - cavabım fəlsəfi olacaq: Dünya yaranandan bəri heç bir dövlət iki məsələnin dövriyyəsini əngəlləyə bilməyib - İdeya və Pul (kapital). Ən qəddar total sovet nəzarəti dönəmində belə alverçilər "kapstran" malı, valyuta ilə məşğul olanlar isə dollar satırdılar və heç bir ağır cəzalar bunun qarşısını ala bilmirdi, ala da bilməzdi. Rüşvətlə hər şeyin həll olunduğu bizim məmləkətdə isə sərhədlər də, gömrük də valyuta çıxışına əngəl deyillər. Deməli, bir müddət sonra manatı ucuzlaşdırmaqdan başqa yol qalmayacaq”.
Mitinqlər, yoxsa sistemli mübarizə?

Maraqlı məqamlardan biri də odur ki, iqtisadi böhran başlayandan bəri cəmiyyətdə ciddi narazılıq yaransa da, total şəkildə etirazlar müşahidə edilmir. Hətta iqtisadi problemlərlə bağlı müxalifətin təşkil etdiyi mitinqlərdə də kütləvilik olmadı. O zaman cəmiyyətin mövcud olan duruma etirazı özünü hansı formada büruzə verməlidir?
ReAL yetkilisi deyir ki, Azərbaycanda uzun illərdir mitinqlər və etiraz aksiyaları ancaq say üzərindən dartışılır, tematik və mövzularla bağlı olmur deyə effektini itirib. Onun sözlərinə görə, uzun illərdir mitinqlər vasitə kimi deyil, məqsəd kimi görülür, halbuki böyük strateji hədəflərə çatmaq üçün mitinqlər vacib, amma yeganə vasitə deyil:
“Mitinqi məqsədə çevirəndə əhəmiyyəti itir, mövzusuzlaşır, ancaq hər hansı bir siyasi qrupun varolma səbəbi, vizit kartı kimi qəbul olunur. Məmləkətdə mövzu və maraq qruplarına bağlı etiraz mədəniyyəti formalaşmadan heç nə dəyişməyəcək. Siyasi, sosial, iqtisadi səbəblərlə etiraz etmək istəyən qruplara siyasi partiyaların həmən "sahiblənməsi" belə bir mədəniyyətin formalaşmasına ən böyük əngəllərdən biridir. Müxtəlif maraq qrupları kiçik bir təşəbbüs göstərən, müəyyən etiraz bildirən kimi siyasilər mövzuya qarışır, orqanik təşəbbüslərin qarşısını alan faktora çevrilirlər. Bu praktikaya son vermək, mövzulara bağlı etirazların orqanik təşkilatlanmasına mane olmamaq lazımdır. Siyasətçilər isə artıq mitinqi son məqsəd kimi görməkdən çəkinməli, məqsədə çatan vasitələrdən yalnız biri kimi düşünməlidirlər. Başqa komponentlər olmadan (toplumu inandırmaq, ümid vermək, önü görmək və cəmiyyətə gələcəyi aydın göstərmək) tək mitinqlə heç bir məqsədə (məqsəd sistem dəyişikliyidir) çatmaq mümkün deyil”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Bu gün, 13:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir