16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Kissincer: “ABŞ-ın Ukraynanı NATO-ya üzv etmək istəyi ciddi səhv idi”
Tarix: 27-05-2023 15:37 | Bölmə: Slayd
Kissincer: “ABŞ-ın Ukraynanı NATO-ya üzv etmək istəyi ciddi səhv idi”

“ABŞ-ın Ukraynanı NATO-ya üzv etmək istəyi ciddi səhv idi və indiki münaqişəyə gətirib çıxardı”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi və milli təhlükəsizlik müşaviri Henri Kissincer 100 illik yubileyi münasibətilə “Wall Street Journal”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, əsrlər boyu Rusiya regionda əhəmiyyətli təsirə malik olsa da, Avropaya münasibəti birmənalı olmayıb. Çünki Rusiya özünün inkişafı üçün onunla əlaqələri gücləndirməkdə maraqlı idi, eyni zamanda Qərbdən gələn potensial təhlükələrdən ehtiyat edirdi.

Kissincer əlavə edib ki, Ukraynada münaqişənin yaranmasına məhz bu iki məsələ səbəb olub: “Hesab edirəm ki, Ukraynanı NATO-ya qəbul etmək təklifi kobud səhv idi və bu, müharibəyə gətirib çıxardı”.

Kissincer bildirib ki, Bayden administrasiyası çox düzgün işlər görüb və Ukrayna məsələsində onları dəstəkləyir.

“Mənim nöqteyi-nəzərimə görə, Ukraynadakı müharibə Rusiyanın Avropadakı müttəfiq dövlətlərə hücumunun qarşısını almaq baxımından uduldu”,- deyən diplomatın fikrincə, Rusiyadan gələ biləcək başqa təhlükələr istisna edilməməlidir.

Qeyd edək ki, bu gün Kissincer 100 yaşını qeyd edir. O, ABŞ tarixində yeganə məmurdur ki, eyni vaxtda dövlət katibi və prezidentin milli təhlükəsizlik müşaviri vəzifələrində çalışıb. O, Amerika diplomatiyasının patriarxı hesab olunur. Kissincer 1970-ci illərdə Vaşinqtonun geniş spektrli məsələlər üzrə siyasətinin formalaşmasında əsas rol oynayıb.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}