Rusiyanın 200 milyard avrosu dondurulub
Tarix: 27-05-2023 16:06 | Bölmə: Slayd
Rusiyanın 200 milyard avrosu dondurulub

Avropa İttifaqı Komissiyası Rusiya Mərkəzi Bankının üzv ölkələrdə dondurulmuş aktivlərinin 200 milyard avroya yüksəldiyini bildirib. Məlumata görə, dondurulmuş aktivlərin Kiyevə dəstək üçün istifadə edilməsi ilə bağlı alternativ plan üzərində danışıqlar aparılır.

Reyting.az
xəbər verir ki, komissiyaya əsaslanan Almaniyanın “Welt am Sonntag” qəzetinin xəbərinə görə, Rusiya Mərkəzi Bankının G7 və Avropa İttifaqı (Aİ) ölkələrində dondurulmuş aktivləri təxminən 300 milyard avrodur.

Qeyd olunur ki, rusiyalı oliqarxların Aİ-dəki təxminən 24 milyard 100 milyon avroluq aktivləri dondurulub. Ötən ilin sentyabr ayının sonunda bu rəqəmin 18 milyard 900 milyon avro olduğu açıqlanıb. Beləliklə, ümumilikdə 1473 oliqarx və 205 Rusiya şirkəti Aİ tərəfindən sanksiyaya məruz qalıb.

Nəşrin müraciət etdiyi Federal Maliyyə Nazirliyi, Almaniya hakimiyyətinin əvvəlkilərlə yanaşı, son üç ayda Rusiyanın yeni varlığını dondurmaq qərarına gəlmədiyini bildirib.

Məlumata görə, Ukrayna müharibəsinin vurduğu dağıntıların əvəzini Rusiyanın ödəməsinə nail olmaq məqsədi yaxın gələcək üçün proqnozlaşdırıla bilməz. Komissiya sözçüsü qeyd edib ki, Brüsselin Rusiyanın aktivlərinə həbs qoymaq səlahiyyəti yoxdur və dondurulmuş pullar sanksiyalar bitdikdən sonra geri qaytarılmalıdır.

Sözügedən pulların kapital bazarında investisiya kimi istifadə edilməsi və bu sərmayənin geri qaytarılmasının Kiyevə köçürülməsi kimi alternativ planlarla bağlı məsləhətləşmələrin hələ də davam etdiyi bildirilir. İyunun sonunda keçiriləcək Avropa İttifaqı Liderlər Zirvəsinə qədər qərarın qəbul ediləcəyi gözlənilmir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}