14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Dünyanın ən seksual qadınının adı açıqlanıb
Tarix: 20-10-2023 19:54 | Bölmə: Şou-biznes
Dünyanın ən seksual qadınının adı açıqlanıb

“Maxim” jurnalının Avstraliya versiyasının redaktorları 2023-cü ildə dünyanın ən seksual qadınlarının adını açıqlayıb. Müvafiq məlumat nəşrin saytında yer alıb.

Reyting.az
“Daily Mail”-ə istinadla bildirir ki, birinci yeri nəşrin üz qabığına çıxan 33 yaşlı avstraliyalı aktrisa Marqot Robbi tutub. Göndərilən fotoda ulduz parlaq çəhrayı parıldayan paltarda və saçını toplayıb poza verib.

Ümumilikdə siyahıya 100 qadın daxil edilib.

Reytinqdə ikinci və üçüncü yerləri futbolçu Sem Kerr və müğənni Delta Qudrem tutublar.

Bu arada Kanye Uestin həyat yoldaşı Bianca Censori 18-ci yerə çıxıb.

Öz növbəsində amerikalı aktrisa Nikol Kidman siyahıda 48-ci yerdə qərarlaşıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}