13:14 / 16-04-2025
Rusiya Kimin ümidinə qalıb
13:01 / 16-04-2025
Sabah yağış yağacaq
“Avroviziya-2022” müsabiqəsinin birinci yarımfinalı keçirilib
Tarix: 11-05-2022 10:40 | Bölmə: Şou-biznes
“Avroviziya-2022” müsabiqəsinin birinci yarımfinalı keçirilib

İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Reyting.az
xəbər verir ki, yarışmada Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistandan olan təmsilçilər finala keçmək uğrunda mübarizə aparıblar.

Finala isə 10 ölkə - İsveçrə, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, Ermənistan vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmli mayın 12-də ikinci yarımfinalda çıxış edəcək. Müsabiqənin finalı isə mayın 14-də olacaq.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
13-04-2025, 19:37 Firuzə İbadova yıxılıb
17-03-2025, 15:19 Müğənni həbs edilib