17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Avroviziya-2022”-nin ikinci yarımfinalı başlayıb - Video
Tarix: 12-05-2022 23:44 | Bölmə: Şou-biznes
“Avroviziya-2022”-nin ikinci yarımfinalı başlayıb

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.

İkinci yarımfinalda 18 ölkənin - Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveçin təmsilçisi çıxış edir.

Azərbaycan təmsilçimiz Nadir Rüstəmli müsabiqədə “Fade To Black” adlı mahnı ilə mübarizə aparır.

Xatırladaq ki, mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.

Qeyd edək ki, final mərhələsi mayın 14-də baş tutacaq.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}