Partiya rəhbəri başından güllələnib - Foto
Tarix: 10-11-2023 14:50 | Bölmə: Xəbərlər
Partiya rəhbəri başından güllələnib

İspaniyada ifrat sağçı Vox Partiyasının qurucularından olan Alexo Vidal Quadrasa paytaxt Madriddə silahlı hücum olub.

Reyting.az
-ın xəbərinə görə, hadisə dünən günorta saatlarında baş verib.

Başından yaralanaraq xəstəxanaya aparılan partiya liderinin vəziyyəti ağırdır.

Məlumata görə, araşdırmaya başlayan polis hələ də hücumun səbəbini müəyyən edə bilməyib.

Xatırladaq ki, Kataloniya muxtar vilayətinin sağçı Xalq Partiyasının (PP) keçmiş sədri 78 yaşlı Quadras 2013-cü ilin sonunda ifrat sağçı Vox Partiyasının qurucu üzvləri arasında idi.

Qeyd edək ki, “İsrailin avropalı dostları” lobbi qrupunun da üzvü olan Quadras “İsrailin avropalı dostları” başlıqlı yazısında sosialistlərin İspaniyada azlıq koalisiya hökuməti qurmaq üçün separatçı Kataloniya siyasi partiyalarından biri olan Xuntsla razılaşmasını tənqid etmişdi.



Sosialist İşçi Partiyası (PSOE) və Junts arasındakı razılaşmanın “İspaniyanın qanunun aliliyi quruluşunu sarsıtdığını və güclərin bölünməsi prinsipinə son qoyduğunu” iddia edən Quadras bildirirdi ki, millət bununla liberal demokrat olmaqdan çıxacaq və totalitar ölkəyə çevriləcək. O çağırışında qeyd edir ki, ispanlar buna imkan verməyəcək.

İspaniyada Quadrasa silahlı hücumun arxasında İranın ola biləcəyi iddia olunur. İspaniyanın EFE xəbər agentliyi istintaqa rəhbərlik edən polisdəki mənbələrinə əsaslanaraq yazıb ki, həddindən artıq sağçı liderin polisə verdiyi ilk ifadəsində hücumun arxasında İran rejimi də ola bilər. Digər tərəfdən, Quadrasın uzun illərdir təmasda olduğu İran Milli Müqavimət Şurası ispan siyasətçiyə hücumu “qətiyyətlə” pisləyən açıqlama verib.

2014-cü ildə İspaniyada keçirilən seçkilərdə Vox Partiyasına maliyyə dəstəyi verdiyi İranın Milli Müqavimət Şurası Tehran rejiminin Quadrası “terrorçu” olaraq təyin etdiyini bəyan edib.

Polis hadisə yerindən motosikletlə qaçan şübhəlinin axtarışlarının davam etdiyini açıqlayıb. Digər tərəfdən, paytaxt Madridin mərkəzindəki evinin qarşısındakı silahlı hücumda yaralanan 78 yaşlı Quadrasın huşsuz vəziyyətdə xəstəxanaya aparıldığı bildirilib. Qeyd edilib ki, siyasətçi əməliyyat olunub və həyatı təhlükədə deyil.

Baş nazir və Sosialist İşçi Partiyasının (PSOE) lideri Pedro Sançes də hücumu pisləyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər