İsrail Qəzzada əməliyyatın üçüncü mərhələsinə başlayıb
Tarix: 05-12-2023 21:07 | Bölmə: Xəbərlər
İsrail Qəzzada əməliyyatın üçüncü mərhələsinə başlayıb

İsrail ordusu Qəzza zolağında quru əməliyyatının üçüncü mərhələsinə daxil olub və hazırda anklavın cənub hissəsindəki Xan Yunis ərazisini mühasirəyə alır.

Reyting.az
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

Onun sözlərinə görə, müharibənin başlanmasından 60 gün sonra İsrail qoşunları Qəzza zolağının cənubundakı Xan Yunisi mühasirəyə alır.

H. Halevi deyib ki, İsrail ordusu Qəzza zolağının şimalında əldə etdiyi nailiyyətləri möhkəmləndirir.

"Biz quru əməliyyatlarının üçüncü mərhələsinə keçdik. Qəzza zolağının şimalında HƏMAS-ın bir çox dayaq məntəqələrini ələ keçirdik, indi isə onların cənubdakı qalalarına qarşı əməliyyat aparırıq", - Halevi əlavə edib.

Baş Qərargah rəisi qeyd edib ki, İsrail ordusu humanitar pauza başa çatdıqdan dərhal sonra anklavda döyüş əməliyyatlarını dərhal bərpa edib, bu müddət ərzində sektorda saxlanılan bir neçə girov qrupunun azad edilməsi üçün döyüşlər dayandırılıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}