Ruslar Xarkovu raketlərlə vurub
Tarix: 17-01-2024 08:19 | Bölmə: Xəbərlər
Ruslar Xarkovu raketlərlə vurub

Rus ordusu Ukraynanın Xarkov şəhərinə növbəti dəfə hücum edib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

O, şəhər və rayon sakinlərini sığınacaqlarda qalmağa çağırıb.

Xarkovda müşahidə edilən partlayışları Xarkov meri İqor Terekov da təsdiqləyib. Eyni zamanda, Xarkov qarnizonunun rəisi, briqada generalı Sergey Melnik düşmənin növbəti dəfə Belqorod ərazisindən hücuma keçdiyini bildirib:

“Onlar “S-300” hava hücumundan müdafiə sistemindən atəş açıblar”.

Şəhər meri İqor Terekov deyib ki, zərbələr şəhərin mərkəzinə, hərbi infrastruktur olmayan yerə düşüb:

“Dövlət Fövqəladə Hallar Xidməti artıq işləyir. Yaralılar barədə məlumat var”.

Daha sonra məlum olub ki, şəhərə iki “S-300” raketi düşüb. Nəticədə 10-dan çox insan yaralanıb, bəzilərinin vəziyyəti kritikdir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər