İctimai birlik şagirdlər arasında təbliğata start verir
Tarix: 06-05-2024 10:05 | Bölmə: Xəbərlər
İctimai birlik şagirdlər arasında təbliğata start verir

Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlayıb.

Bu barədə Reyting.az-a ictimai birlikdən məlumat verilib.

Məlumata görə, 3 ay davam edəcək layihənin məqsədi ümumi təhsil müəssisələrində rast gəlinən qida zəhərlənmələrinə qarşı təhsil alanları maarifləndirmək və qida təhlükəsizliyi ilə bağlı təbliğat aparmaqdır.

Layihə müddətində Bakının bir neçə ümumi təhsil müəssisəsində qida təhlükəsizliyinə dair maarifləndirici tədbirlər keçiriləcək. Bu sahənin ekspertlərinin iştirakı ilə keçiriləcək tədbirlərdə şagirdlərə sağlam qidalanmanın vacibliyi təbliğ olunacaq, əks təqdirdə onun doğurduğu fəsadlar barədə söhbətlər aparılacaq, onlara maarifləndirici xarakter daşıyan çap məhsulları paylanılacaq.





Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}