Rusiya nüvə silahlarını döyüşə hazır vəziyyətə gətirir
Tarix: 06-05-2024 13:22 | Bölmə: Xəbərlər
Rusiya nüvə silahlarını döyüşə hazır vəziyyətə gətirir

Rusiya aviasiyası və hərbi dəniz qüvvələrinin də cəlb olunduğu Cənub dairəsinin raket birləşmələri təlim hazırlığına başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Təlimlər Rusiyanın qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlıq səviyyəsini artırmaq məqsədi daşıyır. Eyni zamanda, bu, həm də müəyyən Qərb rəsmilərinin təhdid və təxribat xarakterli bəyanatlarına cavab olacaq.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə cəlb olunanlar qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadə təcrübəsi üzrə bir sıra tədbirlər həyata keçirəcəklər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}