00:24 / 23-03-2025
Azərbaycan millisi uduzub
13:47 / 21-03-2025
Quzu əti - Hekayə
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
Rusiyadan iki azərbaycanlı ekstradisiya olunub
Tarix: 20-06-2024 16:39 | Bölmə: Xəbərlər
Rusiyadan iki azərbaycanlı ekstradisiya olunub

Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Hüseynov Rahib Sahib oğlu və İbrahimov Murad Teyyub oğlunun Rusiya Federasiyasından ekstradisiyası haqqında qərar qəbul olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Abşeron rayon polis idarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə İbrahimov Murad Teyyub oğlunun qəsdən sağlamlığa ağır zərər vurma, Hüseynov Rahib Sahib oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə beynəlxalq axtarışa veriliblər.

Murad İbrahimov və Rahib Hüseynov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.




Bölməyə aid digər xəbərlər
21-03-2025, 09:08 Ağsuda zəlzələ olub
17-03-2025, 15:19 Müğənni həbs edilib