Şvartseneqqer doktorluq dərəcəsi alıb - Fotolar
Tarix: 20-09-2024 07:15 | Bölmə: Xəbərlər
Şvartseneqqer doktorluq dərəcəsi alıb

Hollivud aktyoru Arnold Şvartseneqqer Almaniyada fəaliyyət göstərən Hertie Universitetində doktorluq dərəcəsi alıb.

Reyting.az
-ın məlumatın agörə, sentyabrın 18-də amerikalı ulduz aktyor və siyasətçi Arnold Şvartseneqqer Berlinin özəl universiteti Hertienin fəxri doktoru adını qazanıb.

Bununla bağlı "Terminator" öz İnstaqram səhifəsində yazıb. Bu təntənəli tədbir barədə geniş məlumatı həmin universitetin mətbuat xidməti də yayıb.



ABŞ prezidenti olmaq iddiasından heç zaman geri çəkilməyəcəyini, təslim olmayacağını dəfələrlə bəyan etmiş Arnold Şvartseneqqerin Berlində nəyə görə belə bir şərəfə layiq görüldüyü də məlum olub. Məhşur aktyor çoxdandır ki, böyük qlobal problemə çevrilən iqlim dəyişikliyinə qarşı mübarizəsinə, eləcə də vətəndaş cəmiyyətinin inkişafı sahəsində göstərdiyi çoxşaxəli xidmətlərinə görə bu fəxri ada layiq görülüb.

Təntənəli mərasimdə məhşur aktyoru Almaniyanın vitse-kansleri Robert Habek təbrik edib.

R. Habek vurğulayıb ki, milyonların sevimlisi olan dünya şöhrətli kino ulduzu ABŞ-nın Kaliforniya ştatının qubernatoru işlədiyi müddətdə xeyli işlər görüb. Məhz A. Şvartseneqqerin qubernatorluğu dövründə onun əməyinin nəticəsi olaraq böyük uğurlar əldə edilib.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib