Müəllif qonorarları ilə bağlı yeni qaydalar təsdiqlənib
Tarix: 10-01-2025 17:28 | Bölmə: Mədəniyyət
Müəllif qonorarları ilə bağlı yeni qaydalar təsdiqlənib

Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.

Reyting.az 
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarın qəbul olunduğu 1997-ci ildən bəri sənəd, dövrün və qanunvericiliyin tələblərinə uyğun şəkildə təkmilləşdirilmədiyi üçün dövlət sifarişi ilə istehsal olunan kinofilmlərin yaradıcılarına müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yaranan münasibətlər faktiki olaraq tənzimlənə bilmirdi.

Filmlərin yaradıcılarına ödənilməli olan minimum müəllif qonorarlarının, quruluş haqlarının və digər haqların məbləği denominasiyadan əvvəlki göstəricilərlə müəyyən edildiyindən, müəlliflərin əməyinin obyektiv qiymətləndirilməsi mümkün olmurdu.

Bu səbəbdən, dövlət sifarişi ilə istehsal olunan kinofilmlərin çəkilişi ilə bağlı əvvəlki qərarın aidiyyəti qurumlarla (Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Əqli Mülkiyyət Agentliyi) razılaşdırılmaqla Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilən layihə əsasında müvafiq dəyişikliklərin edilməsi, müəlliflərin əməyinin obyektiv qiymətləndirilməsinə zəmin yaradacaq.







Bölməyə aid digər xəbərlər