Peşə məktəbində kütləvi zəhərlənmə olub - (Yenilənib)
Tarix: 24-12-2024 18:22 | Bölmə: Slayd
Peşə məktəbində kütləvi zəhərlənmə olub - (Yenilənib)

Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Reyting.az
-ın xəbərinə görə, hadisə rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb.

Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, tələbələr tortdan zəhərləniblər. (APA)

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.

Reyting.az
xəbər verir ki, bunu TƏBİB-dən bildiriblər.

Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

***

"Bu gün təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər. Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar".

Reyting.az
xəbər verir ki, bunu Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompyuterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsinin zəhərlənmə faktı ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildiriblər.

Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib.

Qeyd olunur ki, tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər