16:41 / 24-01-2025
"Turan Bank” cərimələnib
14:28 / 24-01-2025
Direktor həbs edilib
Rusiya Amerikanın hipersəs raket layihəsini oğurlayıb
Tarix: 24-01-2025 12:22 | Bölmə: Xəbərlər
Rusiya Amerikanın hipersəs raket layihəsini oğurlayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya ABŞ-nın hipersəs raketi yaratmaq layihəsini oğurlayıb.

Reyting.az
-ın məlumatına görə, Amerika lideri “Fox News” telekanalına müsahibəsi zamanı deyib ki, bu, Barak Obamanın prezidentliyi dövründə baş verib.

Onun sözlərinə görə, kimsə gizli məlumatları ruslara sızdırıb. “Rusiya layihəni oğurladı, bizdən aldılar. Layihəni onlara hansısa bədxah adam verdi. Onlar bunu Bayden administrasiyası deyil, Obama administrasiyası dövründə oğurlayıblar. Baxmayaraq ki, Baydendən də çox şey oğurlayıblar, bu barədə də eşidəcəyik”, - deyə D. Tramp əlavə edib.

Eyni zamanda o, ABŞ-nın səsdən sürətli raketlərə sahib olacağına söz verib. Onların işə salınması, Trampın fikrincə, “tezliklə” baş tutacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Bu gün, 14:28 Direktor həbs edilib
22-01-2025, 11:23 Dəfn pulu artırılır
21-01-2025, 15:18 Hərbçimiz vəfat edib