16:41 / 24-01-2025
"Turan Bank” cərimələnib
14:28 / 24-01-2025
Direktor həbs edilib
Yeni nazir cinsi təcavüzə görə 50 min dollar ödəyib
Tarix: 24-01-2025 12:49 | Bölmə: Dünya
Yeni nazir cinsi təcavüzə görə 50 min dollar ödəyib

ABŞ-nın müdafiə naziri vəzifəsinə namizəd Pit Heqset onu cinsi qısnamada ittiham edən qadına 50 min dollar ödəyib.

Reyting.az
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Senatın Silahlı Qüvvələr Komitəsi ilə yazışmalarda Heqset Massaçusets ştatından demokrat senator Elizabeth Varrenin cinsi təcavüz iddiaları ilə bağlı sorğusuna cavab verib və bunu “xoşagəlməz iddia” adlandırıb.

Hadisə 2017-ci ildə baş verib. O zaman Heqsetə heç vaxt rəsmi ittiham irəli sürülməyib, çünki o, barışıq sazişi bağlayıb. Burada yüksək vəzifəyə namizədin karyerasına zərər vurmaq cəhdlərinin qarşısını almaq üçün məxfilik bəndi var.

Zərərçəkmişin dəfələrlə imtina etməsinə baxmayaraq, Heqset onun otel otağından çıxışını bağlayıb, telefonunu götürüb və zorakılıq hərəkətləri edib. Eyni zamanda, Heqset görüşün konsensual olduğunu və qadının “baş verənlərdən razı qaldığını” deyib.

Heqsetin vəkili Tim Parlatore CNN-ə qurbana təzminat ödənildiyini təsdiqləyib, lakin Heqestin özü məbləği bu yaxınlarda komitəyə açıqlayıb.

Qeyd edək ki, Heqsetin müdafiə naziri vəzifəsinə namizədliyi Senatda 51 səsin 49 səsə nisbətində təsdiqlənib. Dinləmə zamanı Heqset namizədliyindən sonra ortaya çıxan iddialarla bağlı sorğu-sual edilib. Bunlara respublikaçı qadın qrupunun ev sahibliyi etdiyi konfransdan sonra cinsi təcavüz iddiaları, onun iş yerindəki davranışı və ABŞ ordusundakı qadınlarla bağlı şərhlər daxildir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər