12:42 / 23-05-2025
Sabah yağış yağacaq
"Zirə" "Şamaxı"nı məğlub edib
Tarix: 24-01-2025 16:30 | Bölmə: İdman
"Zirə" "Şamaxı"nı məğlub edib

Misli Premyer Liqasının XX turunun açılış oyununda "Zirə" "Şamaxı"ya qalib gəlib.

Məlumata görə, Şamaxı şəhər stadionunda baş tutan görüşdə hesabı ev sahibləri açıb.

38-ci dəqiqədə Brahim Konate diqqət mərkəzinə düşüb. Failə ərəfəsində qonaqlar hesaba tarazlıq gətiriblər. 45+2-ci dəqiqədə Ruan Renato dəqiq zərbə müəllifi olub.

"Qartallar"ın qələbə qoluna isə Salifu Suma imza atıb. 49-cu dəqiqədə bölgə təmsilçisinin qapısına yol tapan futbolçu komandasına 2:1 hesablı qələbə qazandırıb.

Hazırda Bakı klubu turnir cədvəlində 36 xalla üçüncü pillədə qərarlaşıb. Səkkizinci olan "Şamaxı" 17 xala malikdir.

Qeyd edək ki, turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək.




Bölməyə aid digər xəbərlər