16:41 / 24-01-2025
"Turan Bank” cərimələnib
14:28 / 24-01-2025
Direktor həbs edilib
Meksika kütləvi köçü qarşılamağa hazırlaşır
Tarix: 24-01-2025 15:41 | Bölmə: Dünya
Meksika kütləvi köçü qarşılamağa hazırlaşır

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ Prezidenti Donald Trampın verdiyi qərarlar əsasında deportasiya edilmələri gözlənilən meksikalı mühacirlər üçün məşğulluq proqramları hazırladıqlarını açıqlayıb.

Reyting.az
xəbər verir ki, Trampın ABŞ-dan Meksikaya qovacağı qaçqınlar üçün ilkin mərhələdə azı 35 min iş yeri hazırlanıb.

“Əmək Koordinasiya Şurası ABŞ-dan deportasiya oluna biləcək meksikalılar üçün təxminən 35 min iş yeri təklif edib. Bu işlər müxtəlif sənaye sahələrini, xüsusilə də istehsal sektorunu əhatə edir”, - Meksika prezidenti bildirib.

Qeyd edilir ki, Meksika hökuməti Trampın siyasətinin yaratdığı çətinliklərə qarşı çıxmaq üçün “Plan Mexico” təşəbbüsünü hazırlayıb. Təşəbbüs Meksikanı dünyanın 10 ən böyük iqtisadiyyatından birinə çevirməyi, illik sərmayəni Ümumi Daxili Məhsulun (ÜDM) 25 faizinə çatdırmağı, 1,5 milyon əlavə iş yeri yaratmağı, material və məhsulların ən azı 50 faizinin idxalını artırmağı hədəfləyir.

Trampın deportasiya təcrübələri təkcə meksikalılarla məhdudlaşmır. Qonşu ölkə olduğundan immiqrantlar üçün tranzit ölkə olan Meksika başqa ölkələrdən gələnləri də qəbul edir. Onların ABŞ-dan qovulması milyonlarla miqrantın Meksika ərazisinə sıxışdırılması ehtimalı ilə bağlı narahatlıq yaradır.

CNN-in məlumatına görə, Şeynbaum administrasiyası meksikalı olmayan immiqrantlar üçün də hazırlıq görür. Xüsusilə ABŞ sərhədində deportasiya edilmiş qaçqın axınına qarşı müvəqqəti sığınacaqlar qurulur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər